Sara Arzu qızı Səfərova 1997-ci ildə Naxçıvan şəhər Qaraxanbəyli kəndində anadan olmuşdur. 2003 cü ildə 6 №-li tam orta məktəbinin birinci sinifinə daxil olmuş, 2007-ci ildən Heydər Əliyev adına tam orta məktəbdə təhsilini davam etdirmiş, 2014-cü ildə həmin məktəbi bitirmişdir. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix –filologiya fakültəsinə daxil olmuş və 2018-ci ildə həmin fakültənin Kitabxanaçılıq və İnformasiya ixtisasını bitirmişdir. 2018-ci ildən Naxçıvan Dövlət Universitetinin magistratura pilləsinə qəbul olub. 2020-ci ildə Sənəd resursları və informasiya axtarış sistemləri ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2021-ci ildə “Naxçıvan” Universitetində kitabxanaçı, 2023-cü ildən həmin universitetin Elmi Kitabxanasında şöbə müdiri vəzifəsində işləyir.

Məqalələrin siyahısı:

1.”Naxçıvan” Universitetinin Elmi Kitabxanasının yaranması və inkişaf tarixindən. ”Naxçıvan“ Universitetinin əsərləri 2021 №3 (22)-s.188

2.Mütaliənin formalaşmasında “Açıq Kitabxana”nın rolu. ”Naxçıvan“ Universitetinin əsərləri 2022 №1 (25)-s.315

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image