Sadıq Rəsul oğlu Rəhimov 1943-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1949-cu ildə Naxçıvan şəhər 1 №-li orta məktəbin I sinfinə daxil olmuş,1959-cu ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1959-cu ildə Bakı Sovet Ticarəti Texnikumuna daxil olmuş,1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetində, sonradan Xalq Təsərrüfatı İnstitutunda qiyabi təhsil almış, Əmtəəşünas və Ticarətin Təşkili üzrə Ali ixtisasa sahib olmuşdur. 1961-ci ildən əmək fəaliyyətinə başlamaqla ilk olaraq ticarət təşkilatında əmtəəşünas, Naxçıvan Muxtar Respublikası İstehlak Cəmiyyətləri İttifaqı İdarə Heyətinin sədr müavini (10 il), Naxçıvan şəhər Ticarət İdarəsinin direktoru (8 il) vəzifələrində çalışmışdır.1991-1995-ci illərdə Naxçıvan Dövlət Universitetində iqtisadi fənnlər üzrə pedaqoji fəaliyyətlə məşğul olmuşdur.1997-ci ildən olmaqla əvvəlcə Naxçıvan Muxtar Respublikası Ticarət Nazirliyində, sonradan isə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, şöbə müdiri, Elmi-Tədqiqat Tədris Mərkəzinin direktoru vəzifələrində çalışmışdır. Hazırda müqavilə üzrə məsləhətçi-ekspert vəzifəsində çalışır. 2007-ci ildən bu günədək Naxçıvan Özəl Universitetində müəllim vəzifəsində işləyir. 1984-1992-ci illər arası üç çağırış Naxçıvan şəhər Xalq Deputatları Sovetinin, sonradan Məclisin deputatı olmuşdur.

Kitablar

İdeya müəllifliyi və rəhbərliyi ilə nəşr olunub:
1. “Sahibkarlıq fəaliyyəti və istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı bəzi qanunvericilik aktlarının toplusu”  Naxçıvan-2009
2. “Sahibkarlıq fəaliyyətinə dair bəzi qanunvericilik və normativ  hüquqi aktların toplusu” Naxçıvan-2010
Hazırlanmış vəsait muxtar respublikada sahibkarlığa Dövlət Dəstəyi çərçivəsində olmaqla, sahibkar subyektlərin və digər maraqlı olanların maarifləndirilməsi məqsədilə nəşr olunmuşdur.

Elmi məqalələr:

1. Ticarət: Tarixi formalaşma mərhələsi və Naxcıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında rolu. AMEA Xəbərlər Cild 9, №1. Naxçıvan 2013.
2. Naxçıvan Muxtar Respublikasında ticarət və xidmət sahələrinin 1991-ci il dövrədək inkişafı mərhələləri. NDU Elmi əsərlər, İctimai elmlər seriyası №2 (58).Naxçıvan, NDU - “Qeyrət”, 2014
3. Xarici ticarət Beynəkxalq iqtisadi əlaqələrin əsası kimi. Azərbaycanın tarixi coğrafiyasının aktual problemləri (04 aprel 2015-ci ildə keçirilmişrespublika konfransının materialları) Naxçıvan-2015
4. Naxçıvanın xarici ticarət əlaqələri və onun inkişaf mərhələlərinə qısa baxış. AMEA Xəbərlər Cild 11, №1. Naxçıvan, “Tusi” 2015

 Sahibkarlıq fəaliyyətinə dair  bəzi qanunvericilik vı normativ hühuhi aktların toplusu

   

Sahibkarlıq fəaliyyəti və istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı bəzi qanunvericilik aktlarının toplusu

                                                                    

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image