Səbinə Süleyman qızı Qasımova 20 sentyabr 1973-cü ildə Babək rayon Qaraxanbəyli kəndində anadan olmuşdur. 1980-ci ildə Qaraxanbəyli kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi bitirmişdir. 1993-cü ildə Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyəti Naxçıvan təsərrüfat hesablı “Super” kollecinə daxil olmuş və 1994-cü ildə həmin kollecin “kitabxanaşünaslıq və biblioqrafiya” ixtisası üzrə tam kursu bitirmişdir. 1994-cü ildə M.S.Ordubadi adına kitabxanada kitabxanaçı vəzifəsində işləmişdir. 2006-cı ildən Naxçıvan Özəl Universitetində kitabxana müdiri, 2015-ci ildən baş kitabxanaçı, 2018-ci ildən şöbə müdiri vəzifəsində və 2021-ci il 1 noyabr tarixindən isə “Naxçıvan” Universitetində kitabxanaçı vəzifəsində işləyir. Ailəlidir, iki övladı var.

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image