Nuridə Əli qızı Bayramova  08 avqust  1987-ci ildə Naxçıvan şəhərində anadan olub. 1994-cü ildə Naxçıvan şəhər 12 saylı orta məktəbin I  sinfinə daxil olub və 2005-ci ildə həmin məktəbi bitirib. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin “Alman dili müəllimliyi” ixtisasına  bakalavr pilləsi üzrə daxil olub. 2009-cu ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildə  Naxçıvan Dövlət Universitetinin “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasına magistratura pilləsi üzrə daxil olub. 2011-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. Magistratura təhsili ərzində “Magistrantların regional elmi konfransının materialları” jurnalında iki  məqaləsi “Qurani-Kərimdə tərbiyə məsələləri” və “Milli Kurrikulum” işıq üzü görüb. 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında kitabxanaçı, 2013-cü ildən isə həmin kitabxanada “Kitabxana proseslərinin avtomatlaşdırılması”  şöbəsində şöbə müdiri işləyib. 2015-ci ildən “Naxçıvan” Universitetinin “Xarici dillər” kafedrasında “Alman dili” müəllimi vəzifəsində işləyir. 2015-ci il 1 oktyabr tarixindən 31 iyul 2016-cı il  tarixinədək Almaniyanın  München şəhərində  Ludwig Maximilians Universitetində 10 aylıq ixtisasartırma  kurslarında  iştirak edib. 2016-cı ilin sentyabr ayından “Naxçıvan” Universitetində dil koordinatoru vəzifəsində işləyir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image