Nuray Ələsgər qızı Əsgərova 1988-ci ildə Naxçıvan şəhərində anadan olub. 1994-cü ildə Mirələsgər Seyidov adına 15 nömrəli orta məktəbə daxil olub. 2007-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına daxil olub. 01.04.2007-ci ildə “Şərq qapısı” qəzetinə müxbir vəzifəsinə təyin edilib. 02.08.2010-cu ildə “Şərq qapısı” qəzetində İctimai-siyasi şöbənin müdiri vəzifəsinə təyin olunub. 01.12.2010-cu ildən Naxçıvan Özəl Universitetinin İqtisadiyyat fakültəsində fakültə katibi vəzifəsində çalışıb. 01.04.2013-cü ildən Naxçıvan Özəl Universitetində İctimai əlaqələr şöbəsinin mətbuat xidməti vəzifəsində çalışıb. 01.10.2014-cü ildən isə Nəşriyyat redaktoru vəzifəsinə təyin edilib.
Nuray Əsgərova həm də "Naxçıvan" Universitetində ictimai əsaslarla yaradılan mətbuat xidmətinin rəhbəridir. Universitetimizin bir sıra xəbər və məlumatları Şərq qapısı”, “Nuh yurdu” qəzetlərində, “Azərbaycan müəllimi”, “Təhsil problemləri”, “Təhsil və zaman”, “Psixoloq”, “Palitra”, “525-ci qəzet”, “Müəllim səsi”, “İki sahil” qəzetlərində və bir sıra xəbər agentliklərində işıq üzü görür və bir sıra saytlarda dərc olunur.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi