Kərimova Gülsüm Zeyqəm qızı 1993-cü il 11 noyabr tarixində Naxçıvan Muxtar Respublikası  Babək rayon Şəkərabad kəndində anadan olmuşdur.1999-cu ildə Babək rayon Şəkərabad kənd tam orta məktəbinə daxil olub. 2002-ci ildə isə Naxçıvan şəhər Uşaq İncəsənət məktəbinə daxil olub,2009-cu ildə həmin məktəbi  piano ixtisası üzrə bitirmişdir.2006-cı ildə isə  Heydər Əliyev adına tam orta məktəbə köçürülmüşdür.2009-cu ildə Babək rayon Şəkərabad kənd tam orta məktəbinə  yenidən qayıdaraq 2010-cu ildə həmin məktəbi bitirmişdir.2010-cu ildə Naxçıvan Dövlət Universitetinin  Beynəlxalq  Münasibətlər və Xarici Dillər fakultəsinin Fransız dili (müəllimliyi) ixtasına daxil olub,2014-cü ildə  həmin ixtisası fərqlənmə ilə bitirmişdir.2014-cü ildə həmin universitetin Magistratura fakultəsinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasına daxil olub,2016-cı ildə isə həmin ixtisası bitirmişdir. Universtetdə oxuduğu  illərdə Abbas Zamanov adına  adlı təqaüdə layiq görülmüş,İlin nümunəvi tələbəsi,Tələbə Elmi Cəmiyyəti  üzrə 2 dəfə 2-ci yer və Magistrantların VII Regional Elmi Konfransında  fəal iştirakına görə bir neçə  diploma layiq görülmüşdür. 2016-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət  və Turizm Nazirliyi Naxçıvan Dövlət Rəsm Qalereyasında işə başlayıb,həmin ilin iyun ayında oradan ayrılmışdır.   Üç dil bilir:ingilis və fransız dillərini yüksək səviyyədə,rus dilini isə aşağı səviyyədə.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image