Əliyeva Lamiyə İnşallah qızı 1986-cı ildə Almaniya Demokratik Respublikasının Potsdam şəhərində anadan olmuşdur. 1993-cü ildə Naxçıvan Muxtar Respublikası, 705 saylı hərbi hissənin nəzdində yerləşən 1 saylı orta məktəbin birinci sinifinə daxil olmuş, 2004-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Naxçıvan Dövlət Universitetinin filologiya fakultəsinin alman dili ixtisasına qəbul olmuşdur. 2008-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək Naxçıvan dövlət tarix muzeyində kiçik elmi işçi olaraq fəaliyyət göstərmişdir. 2011-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsinə qəbul olmuş, 2013-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2013-cü ildə Naxçıvan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsində Koordinator olaraq fəaliyyətə başlamış, 2014-cü ildən Naxçıvan Universitetində kitabxanaçı olaraq çalışır. 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image