Əli Kamil oğlu Qurbanov 1957-ci il yanvar ayının 26-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini 1963-1973-cü illərdə Naxçıvan şəhər 1 №-li orta məktəbdə almışdır. 1973-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya ixtisasına daxil olub, 1977-ci ildə həmin institutu bitirmişdir. 1977-ci ildə Babək rayon Sust kənd səkkizillik məktəbində və sonra Naxçıvan hidrometeoroloji bürosunda meteoroloq işləmişdir. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. 1980-1987-ci illərdə Babək Suvarma Sistemləri İdarəsində böyük mühəndis hidrometr vəzifəsində işləmişdir. 1989-cu ildə “Araz” Elmi Texniki Kompleksində elmi işçi və sektor rəisi vəzifələrində işləmişdir. 1991-ci ildə müəssisə bağlandığı üçün Babək rayon Yeniyol kənd orta məktəbində Coğrafiya müəllimi işləmişdir. 2002-ci ildən isə Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasında “Meteorologiya və iqlimşünaslıq”, “Hidrologiya” və “Azərbaycanın iqlimi və iqlim ehtiyatları” coğrafiya fənlərini tədris edir.
1. 2011-ci il Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişaf Fondunun “Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genefondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan rəsmi dərman bitkilərindən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları” elmi-tədqiqat layihəsinin qrant müsabiqəsinin qalibi olmuşdur.
2. “Naxçıvan MR-in dərman bitkiləri” adlı kitabı çapa verilmişdir.
 39  elmi məqalə və tezisin, 4 fənn proqramının, 1 monoqrafiyanın   müəllifidir. Evlidir, 2 övladı var.

Məqalələr

1. “Qayaların açılmamış sirləri” -Elm və həyat jurnalı, 1985
2. “Naxçıvan MSSR ərazisində suvarma irriqasiya eroziyası və ona qarşı mübarizə tədbirləri” -Naxçıvan sahələrarası ərazi ET informasiya və təbliğat mərkəzi, N24, 1989
3. “Naxçıvan MSSR otlaqaltı torpaqlarının heyvandarlıq təsərrüfatı cəhətdən qiymətləndirilməsi və onlardan səmərəli istifadə məsələsinə dair” -“Kosmik”, Bakı. 1990
4. “Təbiətin harayı” -Elm və həyat N7, 1990
5. “Aerokosmik vasitələrlə Araz su anbarının çirklənmə dərəcəsinin rayonlaşdırılmasıə” -Y.Məmmədəliyev adına Naçıvan DPİ -də məruzə. 1989
6.“Sirli Dərəşam mağarası” -Elm və həyat , N 1-2, 2002
7.“Biçənək meşəsinin ekoloji mühitinə uyğunlaşması” -Konfrans materialları, Naxçıvan, 2002
8.“Dərəşam mağarası” -NDU xəbərləri, N 7, 2002
9.“Dərəşam yeraltı dünyası” -“Qobustan”, N3, 2002
10.“Naxçıvan MR -də sellərin aerokosmik tədqiqinə dair” -AMEA, “Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyətinin təbii sərvətlərinin öyrənilməsi”, Bakı -2004
11.“Naxçıvanda Vəlibaba mağarası” -NDU “Xəbərlər”, N16, 2005
12.“Naxçıvan MR ərazisində aqroirriqasiya eroziyası” -Azərbaycan elminin inkişafı və regional problemləri -2005
13.“Çanaxçıçay hövzəsinin ekocoğrafi şəraiti” -MAKA -nın xəbərləri, N4, 2010
14.“Orta Arazboyu düzənlikdə suvarma -irriqasiya eroziyası” -NDU Elmi əsərləri, N2, 2011
15.“Araz su anbarının ekocoğrafi xüsusiyyətləri” -NDU Elmi əsərləri, N1, 2013
16.“Araz su qovşağı su anbarının ekocoğrafi şəraitinə dair” -NDU Elmi əsərləri, N1, 2013
17.Naxçıvan MR dağ -meşə və dağ-çəmən landşaftlarının turizm -rekreasiya potensialı.(müştərək)
18. Об исследовании оползен-поток  спетрометрическим методам, VI Науч. Теx.Конф. Му-и С НПОКИ ,Баку , 1989.
19. Tarazlığı pozmaq olmaz,“ Sovet Naxçıvanı ” qəz. 15. 08. 1989.
20. Daha bir qayğı, Azərbaycan təbiəti №4 , 1989.
21. Naxçıvan MSSR ərazisində suvarma irriqasiya eroziyası və ona qarşı mübarizə tədbirləri, Naxçıvan sahələrarası  ərazisi ET informasiya və təbliğat mərkəzi, №24 , 1989.
22. Спектралные xарактеристики и некоторыx природных образовании и с/х обьектов Нах. АССР, НПОКИ « Космик » , Баку , 1990.
23. Об исследовании оползен-поток  аерометрическими  методам, Мат. МУ НПОКИ , Баку , 1989.
24. Об исследовании оползен-поток  в територии Нах. АССР спетрометрическим методам, НПОКИ  Баку , 1990 VIII НТК молодых ученых и специалистов.
25. Darıdağ Mergümüşlü ( Arsenicum ) Termal Maden Suyu Kaynağının Balueloji özelliklerine ve Turizm Rekreasion Degerleri, Uluslararası Jeoloji Koruma simpozyumun ve Güneydoğu Avrupa ülkeleri Pro Geol GRUBU Toplantısı materialları , 15 – 19 sentyabr, 2010 .“ Fırat Universitesi ”.
26. Salvartının öyrənilməmiş gölləri, AMEA H. Əliyev adına Coğrafiya İnstitutu A.C.C. elmi əsərləri . X cild Bakı 2006.
27. Arpaçay su anbarının ekocoğrafi xüsusiyyətləri, NDU  elmi əsərlər . № 1 (49) , 2013.
28. Meteorologiya və iqlimşünaslıq fənni üzrə proqram. Bakalavr hazırlığı üçün, Naxçıvan 2013.
29. Azərbaycan hidrologiyası fənni üzrə proqram. Bakalavr hazırlığı üçün, Naxçıvan 2013.
30. Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri, Naxçıvan 2014.
31. Türkmənçay müqaviləsi ərəfəsində İrəvan xanlığının iqtisadi coğrafi şəraitinə dair, Azəbaycanın tarixi coğrafiyasının aktual problemləri (Respublika konfransı) Naxçıvan-2015.
32. Naxçıvan ərazisindən keçən karvan yollarının fiziki coğrafi xüsusiyyətlərinə dair, Beynəlxalq İpək yolu konfransı. Naxçıvan -2015.
33. Naxçıvançayın bəzi hidroloji xüsusiyyətlərinə dair, NDU Elmi əsərləri 2015 №7(72).
34. Naxçıvan Muxtar Respublikası çöl landşaftlarının  antropogen  dəyişməsinin rekreasiya potensialına təsiri, Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri, cild 18, №2(18), BAKI 2015.
35. Naxçıvan MR-da çayların tənzimlənməsində su anbarlarının rolu,  Naxçıvan Muxtar Respublikasının Yaranması: Tarix və Muasirlik. Naxçıvan, 2007.
36.Azərbaycanın Coğrafiya tarixi fənni üzrə proqram. Bakalavr pilləsi üçün, “Naxçıvan” Universiteti, 2015.
37. Cənubi Azərbaycanın coğrafiyası fənni üzrə proqram. Bakalavr pilləsi üçün,“Naxçıvan”  Universiteti,  2015.
38. Gilanın geomorfoloji səciyyəsi, ANEA. NB. Xəbərlər.№ 5, 2006.
39. Naxçıvan Muxtar Respublikasında təbii komplekslərin dinamikasına dair,Naxçıvan : Tarixi gerçəklik, müasir durum, inkişaf perspektivləri , 2006

Proqramlar

1.“Meteorologiya və iqlimşünaslıq” fənni üçün dərs proqramı, NÖU-2013
2.“Azərbaycan hidrologiyası” fənni üçün dərs proqramı, NÖU-2013
3.“Ümumi hidrologiya” fənni üçün dərs proqramı, NÖU- 2013
4.“Azərbaycanın iqlimi və iqlim ehtiyatları” fənnindən dərs proqramı, NÖU-2014.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image