Babayeva Xavər Rafiq qızı 7 dekabr 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.1995-ci ildə 1 №li orta məktəbin I sinfinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin VI sinfini bitirib, təhsilini Ordubad qız litseyində davam etdirmişdir. 2005-ci ildə 16 №li orta məktəbə daxil olmuş və 2006-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinə daxil olmuş  və 2012-ci ildə həmin fakultəni bitirmişdir.
   2012-2015-ci illərdə Naxçıvan Dövlət Universitetində işləmişdir. 2015-ci ildən bəri Naxçıvan MR Səhiyyə Nazirliyində İnformatika və Tibbi Statistika sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışmaqdadır. Həmçinin “Naxçıvan” Universitetinin “Təbiət elmləri” kafedrasında “Mülki-müdafiə və tibbi biliklərin əsasları” fənnini tədris edir.

Məqalələr.

1.Normadan artıq çəkisi olan uşaqların fiziki tərbiyəsinin təşkili formaları.Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərləri” №3.  “Məktəb”  nəşriyyatı.Naxçıvan 2013.
2.Normadan artıq çəkisi olan uşaqların fiziki tərbiyəsində üzgüçülüyün rolu və əhəmiyyəti.NDU Elmi əsərləri.Təbiət elmləri və Tibb seriyası  №4. Naxçıvan, NDU “Qeyrət”-2014.(M.Rəhimov)

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image