Babayev Vüqar Səyyad oğlu 28 noyabr 1979-cu ildə Şərur rayonunun Kürkənd kəndində anadan olmuşdur. 1985-ci ildə Kürkənd kənd məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 1992-ci ildə Naxçıvan Türk Liseyinə daxil olmuş, 1996-cı ildə həmin liseyi bitirmiş və həmin il Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinə daxil olmuşdur. 1996-1997-ci il ərzində Dokuz Eylül Universitetinin İlahiyyat fakultəsində təhsil almışdır. 1997-ci il tarixdən təhsilini Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsində davam etdirərək 2001-ci ildə  bitirmişdir. Hal hazırda Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi vəzifəsində çalışır.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image