Aytən Gülməmməd qızı Mirzəyeva 16 iyun 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1994-2005-ci illərdə Naxçıvan şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 2005-2009-cu illərdə Naxçıvan Müəllimlər İnistitunun “Məktəbəqədər Təhsilin Pedaqogika və Metodikası” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2010-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura şöbəsində “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2010-2014-cü illərdə Naxçıvan şəhər 4 saylı uşaq bağçasında tərbiyəçi-müəllimə vəzifəsində çalışmışdır. 2014-cü il sentyabr ayından “Naxçıvan” Universitetinin Tədris şöbəsində inspektor vəzifəsində çalışır. Yeni Azərbaycan partiyasının üzvüdür.