“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva universitetin birinci kurs magistrantları ilə görüşüb.
N. Əliyeva magistrantları ilk dərs illəri münasibətilə təbrik edib, onlara uğurlar arzu edib.
Rektor bildirib ki, bu gün universitetimizdə təhsil alan magistrantlarımız sabah bizimlə çiyin-çiyinə müəllim işləməyə namizəd olan kadrlarımızdır. Ona görə də biz sizlərin mükəmməl bilik almağınıza çalışmaqla yanaşı, elmi –tədqiqat sahəsində öz elmi fikir və düşüncələrinizi təqdim etməyə qabil müəllim kimi yetişmənizə də çalışmalıyıq. Bugünkü magistratura səviyyəsi sabahın tədqiqat prosesinin başlanğıcıdır. Eyni zamanda magistrantlarımız buradakı iki il ərzində qabaqcıl professor və müəllimlərdən təkcə bilik deyil, həm də elmin zirvəsinə aparan elmi –tədqiat işlərinin yazılma qaydalarını da ciddi şəkildə öyrənəcəklər. Çünki bu istiqamət həm də sizin doktorantura pilləsinə qədəm qoymaq üçün yolunuzu açır.
Həmçinin görüşdə magistr tələbələrinin gələcək planları, elmi fəalliyyətləri, qarşılarında duran hədəfləri və digər bu kimi məsələlər də müzakirə olunub. Rektor “Naxçıvan” Universitetinin məzunlarının potensialı yüksək olan gənclər olduğunu bildirib və talelərini ali təhsil ocağı ilə bağlayan bu gənclərin seçimlərində yanılmayacaqlarına əminliyini ifadə edib.