“Naçıvan” Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş stolüstü tennis oyunu keçirilib.
Universitetin rektoru, dosent Anar Kazımov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müxtəlif idman növləri üzrə (şahmat, masaüstü tenis, voleybol, futbol) yarışmaların əhəmiyyəti haqda fikirlərini paylaşıb. Respublikamızda bədən tərbiyəsi və idmana dövlət qayğısının təməlinin məhz Ulu Öndər tərəfindən qoyulduğunu vurğulayan A. Kazımov bu gün ölkədə idman sahəsində həyata keçirilən uğurlu inkişaf strategiyasının öz müsbət nəticələrini göstərdiyini diqqətə çatdırıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə görə qız tələbələr arasında qalib komanda “Xarici dillər” fakültəsi olub. Oğlan tələbələr arasında isə birinci yerin sahibi “İdarəetmə” fakültəsi olarkən, ikinci yerə “Xarici dillər”, üçüncü yerə “İdarəetmə” fakültəsi layiq görülüb.
Qeyd edək ki, ali təhsil müəssisəsinin tələbələri arasında sağlam həyat tərzinin təbliği, idmana marağın gücləndirilməsi məqsədilə keçirilən yarışmada ümumilikdə 30-dan çox tələbənin iştirak etdiyini bildirib.