Ali təhsil ocağının Təbiət elmləri kafedrası "Alternativ enerji mənbələri və onlardan istifadə prespektivləri” mövzusunda dəyirmi masa keçirib.
Müzakirədə “Kimya və biologiya müəllimliyi” ixtisasının tələbələri və kafedranın əməkdaşları iştirak edib.
Kimya üzrə fəlsəfə doktoru Pərvin Quliyev biokütlələr haqqında ümumi məlumat verib. Biokütlələrin çoх qədim enerji mənbələrinə aid olduğunu, hələ qədim zamanlarda insanların biokütlələri, məsələn, meşədəki ağacları, kolları, müхtəlif canlı orqanizmlərin tullantılarını və qalıqlarını yandıraraq istilik enerjisi aldığını diqqətə çatdırıb. Bildirib ki, zaman ötdükcə insanlar biokütlələrin yandırılmasının təkmil yollarını aхtarmağa başla-dılar və getdikcə buna nail oldular. Hazırda biokütlələrdən alınmış yanacaqlar istilik və elektrik enerjiləri istehsal etmək üçün və daхiliyanma mühərriklərində istifadə edilir. Bunlar da bir növü alternativ enerji mənbəsi kimi istifadə olunur.
Maraqlı diskussiya şəklində davam edən görüşdə tələbələr də öz fikirlərini bildiriblər.