Universitetdə Beynəlxalq Qadınlar Günü qeyd edilib

Image
   Qadın gözəllik, məhəbbət, ülviyyət nümunəsidir. 1910-cu ildən onun adına bağışlanan Beynəlxalq Qadınlar Günü bu gün dünyanın bir çox yerlərində qeyd edilir
   Martın 7-də "Naxçıvan" Universitetində də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.
   Tədbirin açılışında giriş sözü ilə çıxış edən universitetin rektoru, dosent Anar Kazımov universitetin qadın əməkdaşları və tələbələrinə bayram təbrikini çatdırıb.
   Azərbaycan qadınının cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafındakı fəal rolundan bəhs edən A. Kazımov ölkəmizdə qadınlara böyük hörmət və ehtiram göstərildiyini, dövlət tərəfindən onların daim yüksək qiymətləndirildiyini və uğurlu qadın siyasətinin həyata keçirildiyini qeyd edib.
Bildirib ki, ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilərək dövlət səviyyəsinə qaldırılması, şübhəsiz ki, ümummili lider Heydər Əliyevin adı ilə bağlıdır. Bütün fəaliyyəti dövründə Ulu Öndər Azərbaycanda qadın hüquqlarının qorunmasını, onlara dəyər verilməsini, istər dövlət qulluğunda, istərsə də sosial həyatın bütün sahələrində irəli çəkilmələrini vacib amil kimi hər zaman diqqətdə saxlayıb.
   Dövlətimizin başçısı İlham Əliyev isə prezidentlik fəaliyyətinin bütün mərhələlərində dövlət qadın siyasətini, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələri layiqincə davam etdirib.
   Sonra universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Nurlana Əliyeva, "İdarəetmə" kafedrasının müdiri, dosent İradə Bağırova və "Xarici dillər" kafedrasının müdiri Könül Babayeva çıxış edərək qadınlara xoş arzularını çatdırıblar. Çıxışlarda qeyd edilib ki, Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərib.
   Sonra tədbir musiqi proqramı ilə davam edib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image