"Riyaziyyat və informatika" kafedrasında dəyirmi masa keçirilib
 
Image
Image
 "Naxçıvan" Universitetinin "Riyaziyyat və informatika" kafedrasının təşkilatçılığı və “Kompüter mühəndisliyi” ixtisasının tələbələrinin iştirakı ilə "Azərbaycanda informasiya kommunikasiya texnologiyalarının inkişafında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. 
   Müzakirədə AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Ramiz Qasımov bildirib ki, 
Azərbaycanda İKT-nin inkişafı, informasiya cəmiyyətinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin bu sahədə qəbul etdiyi Dövlət Proqramları buna əyani sübutdur. Uğurla yerinə yetirilən həmin proqramlar infrastrukturun təkmilləşməsi, yeni tənzimləmə mühitinin yaradılması və İKT-dən istifadə kimi bir sıra məqsədləri özündə cəmləşdirib.
   Sonra mövzu üzrə interaktiv şəkildə tələbələrlə açıq müzakirə aparılıb.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image