"Naxçıvan" Universiteti Novruz şəhərciyində iştirak edir
Novruz şəhərciyinin sərgisində "Naxçıvan Universiteti" də öz stendi ilə yer alıb və ayrılmış stendlərdə universitetin professor-müəllim heyətinin dərc etdikləri kitablar, yerli və beynəlxalq konfranslara məxsus jurnallar, elmi əsərlər, eyni zamanda, tələbələrdən ibarət STEAM komandasının hazırladığı innovativ layihələr sərgilənib.
Festivalın ilk günü, universitetin rektoru, dosent Anar Kazımov da sərgini ziyarət etmiş, müəllim-tələbə kollektivinin birgə hazırladığı stend və Novruz ağacı ilə tanış olmuşdur.
Qeyd edək ki, 19-26 mart tarixlərində Əcəmi seyrangahında baş tutan Novruz festivalında "Naxçıvan Universiteti" bölgə üzrə stendlərdə yer alan yeganə ali təhsil müəssisəsi olub.