"Heydər Əliyev İli" ilə əlaqədar voleybol yarışı keçirilib

Image
  “Naxçıvan” Universitetində 5 Mart “Bədən Tərbiyəsi və İdman Günü”ndə "Heydər Əliyev İli"nə həsr olunmuş voleybol idman növü üzrə tələbələr arasında turnir keçirilib.
     Universitetin rektoru, dosent Anar Kazımov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü” kimi təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən indi hər il martın 5-i ölkəmizdə Bədən tərbiyəsi və İdman günü kimi qeyd olunur. Bildirib ki, dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycanın son 30 ildə qazandığı yüksək nəticələrinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Anar Kazımov tədbirin məqsədinin gənclər arasında sağlam həyat tərzinin təbliği, voleybol idman növünün kütləviliyinin inkişaf etdirilməsi, tələbələrin fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi olduğuni diqqətə çatdırıb, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövlətçilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən bəhs edib və komandalara uğurlar arzulayıb.
   Turnirdə 5 komanda Olimpiya sistemi üzrə mübarizə aparıb. Maraqlı mübarizə şəraitində keçən turnirdə I yerə “İdarəetmə” fakültəsi, II və III yerə isə ”Pedaqoji” fakültəsinin komandaları layiq görülüb.
   Qalib komandalar kubok və sertifikatlarla və təltif olunublar.
   Turnir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image