Tələbələrimiz üçün interaktiv dərs keçirilib




"Naxçıvan" Universiteti İqtisadiyyat fakültəsinin "Gənc turizmçilər" dərnəyi öz fəaliyyətini davam etdirir. Belə ki, "Gənc turizmçilər" dərnəyinin üzvləri muxtar respublikanın tarixi abidələri ilə tanışlıq çərçivəsində Əlincə Qalası və "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində olublar. İqtisadiyyat fakültəsinin dekanı , dos. Ceyhun Mahmudov və dərnəyin rəhbəri, dos. Mehman Şabanov dərnək üzvlərinə tarixi abidələr haqqında geniş məlumat verib və onlara bu məlumatları turistlərə təqdim etmə qaydalarını öyrədib.