Tələbələrimiz üçün “Əziz Səncər” adına Oxu zalında mütəmadi olaraq dərslər keçirilir



Bildiyiniz kimi, “Naxçıvan” Universiteti Elmi Şurasının 21 sentyabr 2023-cü il tarixli qərarı ilə Elmi Kitabxanada Nobel mükafatçısı “Əziz Səncər” adına Oxu zalı təsis edilib. Oxu zalında Əziz Səncərin maraqlı və faydalı aforizmləri, şəkilləri, elmi məqalələri və kitabları yerləşdirilib.
Qeyd edək ki, “Əziz Səncər” adına Oxu zalında mütəmadi olaraq kitab müzakirələri, intellektual oyunlar və seminarlar təşkil edilir, müəllim-tələbə heyəti isə sərgilərində yerləşən elmi məqalələrlə, kitablarla tanış olurlar.