"Naxçıvan" Universitetinin İqtisadiyyat kafedrasının iclası keçirilib

İclasda iştirak edən İqtisadiyyat fakültəsinin dekanı Ceyhun Mahmudov yeni dərs ilinin başlanması münasibəti ilə kafedranın müəllimlərini təbrik edib və qarşıda duran məsələlər ilə bağlı müvafiq tapşırıqlar verib.
İclasda fənn sillabuslarının hazırlanması və yenilənməsi prosesi, mühazirə mətnlərinin elektron bazada yerləşdirilməsi,fənn proqramlarına baxılması kimi bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.