"Naxçıvan" Universitetində "Dəmir Yumruğun Bükülməz Biləyi - Azərbaycan Əsgəri!!!" adlı tədbir keçirilib




"Naxçıvan" Universitetinin konfrans zalında "Xarici dillər" fakültəsinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Cənab Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəlişinin 20 illiyinin qeyd olunduğu ərəfədə 8 Noyabr Zəfər Günü münasibətilə təşkil etdiyi "Dəmir Yumruğun Bükülməz Biləyi - Azərbaycan Əsgəri!!!" adlı tədbiri keçirilib. Tədbirə dəvət edilmiş şəhid ailəsi və qazilər fakültə ilə tanış olduqdan sonra konfrans zalında təşkil olunmuş tədbirə keçid alıblar. Tədbirdə "Xarici dillər" fakültəsindən məzun olmuş universitetimizin şəhid məzunu olan Orxan Paşazadənin atası Nazim müəllimlə canlı bağlantı qurulub və Orxan Paşazadənin ev muzeyinə virtual baxış keçirilib. Daha sonra universitetin rəhbərliyi adından çıxış edən Beynəlxalq Əlaqələr və Strateji İnkişaf üzrə prorektoru Rza Məmmədov qazanılan zəfər münasibətilə qonaqları və kollektivi təbrik edib, şəhid ailələrinə və qazilərə tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Şəhid ailələri adından çıxış edən Məhəmməd Nəcəfov və qazilər adından çıxış edən Abbasəli Tarverdiyev əldə olunan qələbəyə görə öz sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər. Daha sonra fakültənin tələbələri tərəfindən hazırlanan bədii hissə izlənilib.