ADA Universiteti ilə "Naxçıvan" Universitetinin arasında 2 sentyabr 2023-cü il tarixli əməkdaşlıq haqqında müqavilənin reallaşdırılmasına tələbə mübadiləsi ilə başlanılıb. Belə ki, universitetlər arasında olan tələbə mübadiləsi razılaşması çərçivəsində "Naxçıvan" Universitetində elan olunan müsabiqədə fərqlənən “Kompüter mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi Oğuz Məmmədovla universitetin Elmi şurasında görüş keçirilib.
Rektor Anar Kazımov tələbəmizi təbrik edib, cari ilin sentyabr ayında imzalanan müqavilədən söz açaraq çox az vaxt keçməsinə baxmayaraq, universitetimizdə seçim prosesinin təşkil olunmasından bəhs edib. Anar Kazımov universitetimizə göstərilən diqqət və etimada görə ADA Universitetinin rektoru, hörmətli Hafiz Paşayevə minnətdarlığını bildirib. Eyni zamanda, rektor ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin iki universitet arasında əlaqələrin möhkəmlənməsində rolunu yüksək qiymətləndirib. ADA Universiteti ilə ölkənin ali təhsil müəssisələri arasında ilk mübadilə olmasını vurğulyan A. Kazımov tələbəmiz Oğuz Məmmədova təhsil həyatında uğurlar arzulayaraq universitetimizi layiqli təmsil edəcəyindən əminliyini ifadə edib.
Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Nurlana Əliyeva tələbəmizi təbrik edərək qeyd edib ki, bu gün "Naxçıvan" Universiteti üçün qürurverici günlərdən biridir. ADA Universiteti ilə tələbə mübadiləsi proqramı çərçivəsində işlərə start verilib və tələbəmiz Oğuz Məmmədov bu mübadilənin ilk təmsilçisi kimi iştirak edəcəkdir.
İdarəetmə fakültəsinin dekanı İradə Bağırova ADA Universiteti ilə bağlanan əməkdaşlıq müqaviləsinin universitetimiz üçün əhəmiyyətindən danışıb. Bildirib ki, mübadilədə iştirak üçün seçilmiş tələbə Oğuz Məmmədov əvvəlcə fakültəni, sonra isə "Naxçıvan" Universitetini layiqincə təmsil edəcəkdir. Biz buna əminik.
"Riyaziyyat və inofmatika kafedrasının" müdiri Səfa Əliyev tələbəmizin çalışqan, məsuliyyətli olduğunu vurğulayaraq tələbəmizi ürəkdən təbrik edib, mübadilə proqramı çərçivəsində üzərimizə düşən vəzifələrdən söz açıb.
Mübadilə proqramında ilk dəfə iştirak edən “Kompüter mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi Oğuz Məmmədov isə tələbələr üçün yaradılan bütün imkanlara görə universitetin rektoru Anar Kazımova təşəkkür edərək ADA Universitetində təhsil aldığı müddətdə "Naxçıvan" Universitetini layiqli şəkildə təmsil edəcəyinə söz verib.
Sonda rektor Anar Kazımov bir daha yaradılan şəraitə görə ADA Universitetinin rektoru, hörmətli Hafiz Paşayevə universitet rəhbərliyi və bütün kollektiv adından minnətdarlıq edərək yaxın günlərdə anoloji mübadilə proqramının Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə də reallaşdırılacağını bildirib.