“Naxçıvan” Universitetinin Pedaqogika və psixologiya kafedrasının iclası keçirilib

Pedaqoji fakültə dekanı Lalə Allahverdiyevanın və kafedranın müəllimlərinin iştirak etdiyi iclasda yeni tədris ilinə hazırlıq işləri, sillabus və proqramların hazırlanması və yenilənməsi prosesi, kafedra müəllimlərinin elmi-nəzəri seminar mövzuları, universitetin nizam-intizam qaydalarına diqqət yetirilməsi, açıq və İKT dərslərinin təşkili kimi bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.