“Naxçıvan” Universitetinin əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin elektron bazalarındakı resurslardan istifadə ediblər

Bildiyiniz kimi, 26 aprel 2023-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov və “Naxçıvan” Universitetinin rektoru dosent Anar Kazımov arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində artıq UNEC-in Kitabxana İnformasiya Mərkəzinin (KİM) elektron kitabxanası universitetimizin professor-müəllim heyətinin və tələbələrinin istifadəsinə verilib.
Belə ki, bu gün “Naxçıvan” Universitetinin əməkdaşları UNEC KİM-in elektron bazalarındakı resurslardan istifadə ediblər.
Eyni zamanda, yeni tədris ilindən etibarən universitetimizin hər bir tələbəsini Elmi Kitabxanada UNEC KİM-in açıq girişi olan və abunə olduqları elektron bazalarındakı 1 milyona yaxın resursdan istifadə üçün gözləyirik!