“Naxçıvan” Universitetində Novruz Şənliyi keçirilib

“Naxçıvan” Universitetində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
Universitetin rektoru, dosent Anar Kazımov Novruz bayramı münasibətilə universitet kollektivini, tələbələri təbrik edib, onlara möhkəm cansağlığı, işlərində uğurlar, könül xoşluğu, bol ruzi-bərəkət arzu edib. Rektor bayramın mahiyyətindən, əhəmiyyətindən danışıb: Novruz yeni gün , yeni arzular , yeni ovqat deməkdir. Bu bayramda təbiət də yenilənir. Sizə də həyatınızda yeniliklər arzu edirəm.
Torpaqlarımızın azadlığı, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərimizin xatirəsini bayram günü bir daha ehtiramla yad edir, ruhları şad olsun!-deyirəm. Şəhid ailələrinin üzvlərini, qazilərimizi, Azərbaycançılıq məfkurəsi ətrafında, milli həmrəylik duyğusu ilə sıx birləşən bütün soydaşlarımızı, NU ailəsini Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edir, ən xoş bayram arzularımı bildirirəm.
Tədbir bədii hissə ilə davam edib. Tələbələrin ifaları, milli rəqslər və Novruz bayramının məşhur personajları olan kosa ilə keçəlin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı Novruz səhnəcikləri şənliyə xüsusi rəng qatıb.
Sonra universitetin həyətində Novruz tonqalı alovlandırılıb. Bayram şənliyi tonqal ətrafında yallı rəqsi ilə başa çatıb.





