“Naxçıvan” Universitetində aralıq imtahanlarına start verilib

13 noyabr 2023-cü il tarixindən etibarən universitetimizdə aralıq imtahanları başlayıb.
“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov imtahan prosesinin gedişini izləyib və tələbələrlə söhbət aparıb. Tələbələrə uğurlar arzulayan rektor Anar Kazımov yarana biləcək bütün hallarda operativ müdaxilə ediləcəyinə söz verib.
İqtisadiyyat fakültəsinin I kurs tələbələri Aysu Orucova, Əvəz Tağıyev və III kurs tələbəsi Səma İbrahimli də öz növbələrində universitetdə imtahan zamanı obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işlərə, tələbələr üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, imtahanlar noyabrın 29-na kimi davam edəcək.