“Naxçıvan” Universiteti Türkiyənin Regional İnkişaf Universteti olan Hakkari Universiteti ilə onlayn görüş keçirib

Görüşdə universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru dos. Rza Məmmədov, Tədris şöbəsinin müdiri f.ü.f.d. Anar Abuzərli, Elm və innovasiyalar şöbəsinin müdiri Zamin Babazadə, Hakkari Universitetinin prorektoru prof. Mehmet Sait Taylan və başqaları iştirak ediblər.
Görüşdə ikitərəfli əməkdaşlığın daha səmərəli həyata keçirilməsi üçün müxtəlif istiqamətlərdə birgə işlərin görülməsi, həmmüəllifili elmi-tədqiqat işlərinin aparılması, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və tələbə mübadiləsi və regional inkişaf istiqamətlərinə uyğun fəaliyyətlə əlaqəli fikir mübadiləsi aparılıb.