“Naxçıvan” Universiteti reytinq təşkilatlarından biri olan Times Higher Education təlimində təmsil olundu

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education nümayəndələri tərəfindən keçirilən onlayn təlimdə “Naxçıvan” Universiteti də təmsil olundu. Təlimin məqsədi “THE 2024 impakt” reytinqində iştirak, metodologiya, tələb olunan məlumatlar və digər müvafiq mövzular barədə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul əməkdaşlarını məlumatlandırmaq idi.