“Naxçıvan” Universiteti ali təhsil dünyasını birləşdirən QS Future 17 Impacts adlı qlobal təhsil proqramı təlimində təmsil olunub


“Naxçıvan” Universiteti ali təhsil dünyasını birləşdirən QS Future 17 Impacts (Sustainable Development Goals Challenge Program) adlı qlobal təhsil proqramı təlimində təmsil olunub.
Quacquarelli Symonds (QS) şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Zoya Zaitseva Dayanıqlı İnkişaf Məqsədləri (SDG) ilə bağlı problemlər üzərində işləmək üçün çox institusional və multidissiplinar proqram olan Future17 Challenge Proqramının mahiyyətini vurğulayıb, eləcə də QS və qabaqcıl beynəlxalq universitetlər arasında innovativ inkişaf yolları yaratmaq baxımından və qlobal çağırışların birgə həlli üçün lazım olan bacarıqları inkişaf etdirməyə dəstək olacaq fikirlər səsləndirib.
Təlimin məqsədi ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul əməkdaşlarını məlumatlandırmaq olub.
Qeyd edək ki, təlimdə “Naxçıvan” Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova təmsil edib.