15 sentyabr Bilik Günü ölkəmizin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da bayram əhval ruhiyyəsi ilə qeyd olunur. Bu münasibətlə “Naxçıvan” Universitetində tədbir keçirilib. İlk əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri universitetin rektoru, professor İsmayıl Əliyev giriş sözü ilə açaraq müəllim və tələbələrin yeni tədris ilini təbrik edib, uğurlar arzulayıb. Rektor Azərbaycanda təhsilin inkişaf strategiyasından, ümumilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından danışıb. Qeyd olunub ki, “Naxçıvan” Universiteti yüksək ixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik, beynəlxalq əlaqələrini günbəgün genişləndirən ali təhsil ocağıdır. 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazırda 4 fakültə, 10 kafedra, 5 şöbə var. 2016-2017-ci tədris ilində universitetdə 1000-ə yaxın tələbə təhsil alacaqdır.
    
Bu tədris ilində universitetdə 14 ixtisas üzrə mütəxəssis hazırlığı aparılacaqdır. Universitetdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır. Rektor çıxışında onu da vurğulayıb ki, universitetin Beynəlxalq əlaqələri də genişləndirilib. Dünyanın məhşur ali təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimilians Universiteti ilə, son dövrlərdə isə Türkiyənin 9 eləcə də,Ruminya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılıb, bununla da universitetin əməkdaşlıq etdiyi universitetlərin sayı 51-ə çatıb.

     Tədbirdə ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli çıxış edərək muxtar respublikamızda təhsilin inkişafına göstərilən qayğıdan danışmış, müəllim və tələbə heyətini yeni tədris ili münasibətilə təbrik etmişdir.
     Daha sonra çıxış edən valideynlər “Naxçıvan” Universitetində yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişlər. Tələbələr adından isə Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Mənsurə Abbasova çıxışında onlara göstərilən qayğını, yaradılan şəraiti doğruldacaqlarına əminliyini bildirmişdir. Sonda yüksək balla universitetə daxil olan tələbələrin tələbə bileti fakültə dekanları tərəfindən təqdim olunmuşdur.


Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image