“Naxçıvan” Universitetinin, Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin eləcə də, Almaniya səfirliyinin birgə təşkilatçılığı ilə Alman dilinin tədrisi layihəsinin ikinci mərhələsi ilə bağlı seminar keçirilmişdir.Seminarda Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, həmçinin alman dilinin tədris edildiyi Naxçıvan şəhər orta ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmişlər.
Seminarda Almanya dili tədris mərkəzinin direktoru Zəhra Alıyeva və Almaniyadan olan dil mütəxəssisi Alexsandr Gluth çıxış edərək “Naxçıvan” Universitetində yaradılan Alman dili ixtisası üçün Alman dili kabinəsinin açılması, Alman dili kitabxanasının qurulması,eləcə də universitet müəllimlərinin Alman dili mərkəzinin həyata keçirdiyi seminar və onlayn kurslarda iştirak etmələri və bir sıra məsələlər müzakirə edilmişdir.
Seminarda Alman dilinin tədrisində müasir metodlardan istifadə edərək dərslərin təşkili ilə əlaqədar mövzular müzakirə edilmiş, iştirakçılar üçün plakatlar, tədris materialları paylanılmışdır.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi