“Naxçıvan” Universitetində 2015-2016-cı il tədris ilində Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş elmi konfrans keçirilib. Konfransı universitetin tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq Tələbə Elmi Cəmiyyəti tələbələrin universitetdə aparılan elmi tədqiqat işlərinə cəlb olunmasına, elmi axtarışlar aparmaq vərdişləri əldə etmələrinə şərait yaradan bir qurum olduğunu vurğulamışdır.Bildirilmişdir ki, ali məktəblərdə tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyətləri yerinə yetirir. Məqsəd isə elmə, biliyə marağı olan tələbələri üzə çıxarmaq, onlara elmi tədqiqat işlərinin aparılmasında kömək etmək və istiqamətləndirməkdən ibarətdir. Bugünkü uğurumuz keçirdiyimiz silsilə seminarların nəticəsidir.
     İ. Kazımbəyli onu da bildirmişdir ki, bu cəmiyyət Eyni zamanda istedadlı və bacarıqlı tələbələrin üzə çıxmasında üzərinə böyük məsuliyyət götürmüşdür. Bu elmi arena tələbələrin nə qədər bilikli, bacarıqlı, elmə bağlı  olmalarını nümayiş etdirmələri baxımından çox önəmlidir.
     Konfransda ali təhsil ocağının bir qrup tələbələrinin  mövzu ətrafında çıxışları dinlənilmişdir. Plenar iclas öz işini “Pedaqogika və psixologiya”, “Azərbaycan dili və ədəbiyyat”, “İqtisadiyyat”, “Umumi tarix”, “Təbiət elmləri”, “İdarəetmə”, “Xarici dillər”, “Riyaziyyat və informatika”bölmələri üzrə davam etdirmişdir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image