“Naxçıvan” Universitetinin “Təbiət elmləri” kafedrasında “Coğrafiya müəllimliyi” ixtisası üzrə III kurs tələbələrinin “Coğrafiyanın tədrisi metodikası” fənnindən kurs işlərinin müdafiəsinə həsr edilmiş yığıncaq keçirilib. Kafedranın müdiri Arif Səfərov yığıncaqda çıxış edərək bildirib ki, tədris ilinin II yarımilində "Coğrafiyanın tədrisi metodikası" fənnindən III kurs Coğrafiya müəllimliyi ixtisasında kurs işlərinin yerinə yetirilməsi üçün 27 tələbəyə 54 saat dərsyükü müəyyən edilmişdir. Bunun üçün elmi rəhbərlər tərəfindən 30 aktual kurs işi mövzusu tərtib olunaraq tələbələrlə tanış edilmiş və kafedrada onların qeydiyyatı aparılmışdır.
Elmi rəhbər tərəfindən tələbələrə mövzunun icrası ilə əlaqədar plan və ədəbiyyat materialları ilə köməklik göstərilmişdir. Müdafiəyə hazır olan kurs işlərinə elmi rəhbər tərəfindən baxılaraq müsbət rəylər yazılmışdır.
Hazırlanmış kurs işlərinin müdafiəsi ilə əlaqədar Pedaqoji fakültənin dekanlığı tərəfindən qrafik tərtib olunmuş və kafedra tərəfindən müdafiə komissiyası yaradılmışdır. Hər bir kurs işinin mövzusunun giriş hissəsində onun aktuallığı, tədqiqat obyekti, material və metodikası, elmi yeniliklər, mövzunun elmi-təcrübi əhəmiyyəti, işin həcmi və strukturu qeyd olunmuşdur. Mövzuların xüsusiyyətindən asılı olaraq illüstrasiyalı şəkillər, qrafik və diaqramlar verilmişdir. Sonda mətnə nəticə və ədəbiyyat siyahısı əlavə olunaraq müdafiə üçün təqdim olunmuşdur.
Məlumat üçün onuda qeyd edək ki, kurs işlərinin müdafiəsində komissiya üzvlərindən dos. A.Y.Səfərov, dos. M.İ.İsmayılov, dos. S.Ə.Hacıyev, b/m E.Y.Seyidova və baş laborant N.H.Salmanova iştirak etmişlər. Qrafikə uyğun bütün tələbələr kurs işlərini müdafiə edərək, müvəffəq qiymətlər almışdır.