“Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsində buraxılış kurs tələbələrinin tədris planına müvafiq olaraq istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilmişdir. Konfransda İqtisadiyyat fakültəsinin dekanı Ceyhun Mahmudov və İqtisadiyyat kafedrasının müdiri Dilsuz Qasımov çıxış edərək istehsalat təcrübəsinin nəzəri biliklərin möhkəmləndirilməsindəki əhəmiyyətindən bəhs etmiş, istehsalat təcrübəsinin gedişi zamanı tələbələrin hansı praktik vərdiş və biliklərə yiyələnmələrindən söhbət açmışlar.
Məlumat üçün onu da qeyd edək ki, istehsalat təcrübəsi 16 may 2016-cı il tarixdən 11 iyun 2016-cı il tarixədək Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində keçiriləcəkdir.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi