“Naxçıvan” Universitetinin “İnformatika” və “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının tələbələri Dövlət Bayrağı Meydanını ekskursiya etmişlər.Muzeyin bələdçisi Sevinc Rəsulova tələbələrə məlumat verərək bildirmişdir ki, Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”Qərarın surəti və həmin günə aid fotoşəkillər nümayiş olunur.Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları,Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında nümayiş etdirili. Sonda tələbələri maraqlandıran suallar cavablandırılb.