Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “Biznesin inkişaf etdirilməsinin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə universitetin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov açdı. Sonra universitetin “İdarəetmə fakültəsinin dekanı Elbrus İsayevin “Tələbələrin biznes fəaliyyətinə cəlb edilməsinin təşkili və idarəedilməsi yolları”, “İdarəetmə kafedrasının müdiri İradə Bağırovanın “Güclü investisiya və biznes mühitinin Azərbaycanın iqtisadi inkişaf prosesində əhəmiyyəti”, Naxçıvan Biznes Mərkəzinin direktoru Vüqar Səfərovun “Rəhbərlik stillərinin seçilməsi”, İdarəetmə faklütəsinin dekan müavini Naim Cahidzadənin “Biznes maliyyəsinin mahiyyəti və təşkilinin əsasları”,həmin kaferanın müəllimləri İsmayıl Bağırovun “Biznesin inkişaf etdirilməsində vergi sisteminin rolu, Sevinc Cabbarovanın “Naxçıvan Muxtar Respublikasında innovativ biznes formalarının inkişafı və Məhəmməd Nabatovun “Hədəfimiz kariyeramızdır lahiyəsinin təqdimatı” mövzularında çıxışları dinlənildi. Bildirildi ki, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə yetirilməkdədir. Çıxışlarda o da vurğulandı ki, uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitinin əlverişliliyinin artırılması ilə şərtlənir.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi