1999-cu ildən fəaliyyətə başlayan “Naxçıvan” Universitetinin Elmi Kitabxanası universitetin aparıcı struktur bölmələrindən biri olub çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb, mühafizə edən, onların sistemli istifadəsini təşkil edən, Muxtar Respublikada elmi kadrların hazırlanmasında xüsusi rol oynayan elmi mərkəzdir.

Dövlətimizin qayğısı sayəsində 2015-ci ildə “Naxçıvan” Universitetinin Elmi Kitabxanası üçün yeni dördmərtəbəli bina inşa edilmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, fondu yeni ədəbiyyatlarla zənginləşdirilmiş, beynəlxalq əlaqələri genişləndirilmiş və demək olar ki, kitabxananın tarixində yeni inkişaf mərhələsi başlamışdır.

“Naxçıvan” Universitetinin Elmi Kitabxanası dünya elmindən, dünya kitabxana təcrübəsindən bəhrələnərək oxuculara yüksək səviyyədə xidmət göstərir. Hazırda kitabxanada hər cür texniki avadanlıqlarla təchiz edilmiş, müxtəlif elm sahələri üzrə qruplaşdırılmış 6 fond və 6 oxu zalı, şöbələrin hər birində yerləşdirilmiş komputer və surətçıxarma aparatları və 1 ədəd idarəedici serverlə təmin olunmuş 18 yerlik elektron resurslar zalı və konfrans zalı var. Fond və oxu zalları elm sahələri üzrə ixtisaslaşdırılmış və ayrıca mərtəbələrdə yerləşir.

Kitabxananın fondunda müxtəlif dillərdə 21.000-dən artıq ədəbiyyat saxlanılır. Kitabxana həm respublika, həm də xarici ölkələrin universitet və kitabxanaları ilə beynəlxalq informasiya mübadiləsi aparır.

2015-ci ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanılmışdır. Buraya elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi, yəni bütün kitabxana proseslərinin avtomatlaşdırılması modulları daxildir. Artıq avtomatlaşdırma işinə kitabxananın ən vacib sahəsi olan elektron kataloqun tərtibindən başlanılmışdır. Elektron kataloqla yanaşı, kitabların elektron versiyaları da hazırlanıb oxucuların istifadəsinə verilir.

“Elektron informasiya xidməti zalı”nda İNTERNET şəbəkəsi ilə təmin olunmuş 18 ədəd komputer dəsti pulsuz olaraq tələbələrə xidmət edir.

Tələbələri kitabxanaya cəlb etmək və asudə vaxtlarını səmərəli keçirmək üçün kitabxananın birinci mərtəbəsində “Tələbə Elmi Cəmiyyəti”, “Şahmat zalı”, “Gənclər mərkəzi” kimi geniş otaqlar təşkil edilmiş və lazımi avadanlıqlarla təchiz olunmuşdur. Burada tələbələr dəyirmi masalar, disputlar, seminarlar və kitab müzakirələri aparır.

Ümumiyyətlə, “Naxçıvan” Universitetinin Elmi Kitabxanası dünya informasiya mərkəzləşmiş kitabxana şəbəkələrinə qoşularaq, zəngin mütərəqqi ənənələrə, ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq bundan sonra daha da inkişaf edəcək.

 Fond və oxu zalları

1.İctimai və Humanitar elmlər fondu və oxu zalı

2. Filologiya elmləri, Dəqiq və Texniki elmlər fondu və oxu zalı

3. Xarici və Dini ədəbiyyat fondu və oxu zalı

4. Dövri mətbuat fondu və oxu zalı

5. Dissertasiya və avtoreferat fondu və oxu zalı

6. Məlumat nəşrləri fondu və oxu zalı

7. Elektron informasiya xidməti zalı (3 mərtəbənin hər birində)

KİTABXANADAN İSTİFADƏ QAYDALARI

 

- Kitabxana “Naxçıvan” Universitetinin bütün əməkdaşları üçün açıqdır və ondan istifadə pulsuzdur;

 - Kitabxanadan istifadə edən oxucu şöbənin işçisinə şəxsiyyət vəsiqəsini təqdim edib, “Oxucu formulyarı”nda göstərilən sualları cavablandırandan sonra kitabxanaya üzv olur;

 - Şəxsiyyət vəsiqəsi olmayan (tələbə bileti və qiymət kitabçası götürülmür) oxucuya evdə istifadə etmək üçün kitab verilmir;

 - Oxucu biletini itirən şəxs dərhal “Qeydiyyat və xidmət” şöbəsinə müvafiq ərizə ilə müraciət etməlidir və yalnız bundan bir həftə sonra yeni oxucu bileti ala bilər;

 - Oxucu biletini başqa şəxsə vermək qadağandır. Belə hal baş verərsə, həmin oxucu kitabxanadan istifadə etmək hüququndan məhrum olunur;

 - Oxumaq üçün alınmış ədəbiyyatı başqa şəxsə vermək və ya kitabxanadan kənara çıxarmaq olmaz ;

 - Oxucunun fonda girməsi və icazəsiz kitab götürməsi qadağandır;

 - Oxu zalında mobil telefondan istifadə etmək olmaz ;

 - Kataloq və kartotekalardan nəzakətlə istfadə olunmalıdır. Onların kartoçkalarını yazmaq, cırmaq, çıxarmaq və kənara aparmaq olmaz;

 - Hər bir oxu zalının fondundan alınan ədəbiyyatdan yalnız həmin zalda istifadə etmək olar;

 - Dissertasiya və nadir fondda mühafizə olunan bəzi ədəbiyyatların surətlərinin çıxarılması qadağandır ;

- “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanına əsasən kitabxana fondlarına məxsus çap əsərləri itirilmişsə, yararsız vəziyyətə salınmışsa, həmin əsəsrlər başqa müvafiq çap əsərləri ilə əvəz edilməli, yaxud da çap əsəri və digər materialların qaytarılması, dəyişdirilməsi mümkün olmadıqda, o kitabın qiymətinin 10 misli həcmində pul ödənilməlidir ki, itirilmiş kitabın əvəzinə başqa kitab alınsın;

Kitabxanadan yalnız bu istifadə qaydalarına riayət edən oxucular istifadə edə bilərlər.

XİDMƏT

NU Elmi Kitabxanasına üzv olmaq üçün oxucular aşağıdakı sənədləri təqdim etməlidir:

 - şəxsiyyəti təsdiq edən sənəd

- tələbə bileti

- oxucu bilet

Oxuculara xidmət:

 Fərdi abonementdən “Naxçıvan” Universitetinin bütün işçiləri istifadə edə bilər. Buradan eyni vaxtda:

 akademik və müxbir üzvlərə - 10 nüsxə

elmi işçilərə - 5 nüsxə

tələbələrə - 3 nüsxədən artıq ədəbiyyat verilmir.

Digər ali məktəb tələbə və müəllimləri kitablardan yalnız kitabxananın oxu zalında istifadə edə bilər.

 Fərdi abonentlərə verilmir:

 • məlumat xarakterli nəşrlər (lüğət,ensiklopediya və s.)

 • nadir kitablar, qiymətli nəşrlər

 • avtoreferat və dissertasiyalar

 • dövri mətbuat nümunələri

- Oxu zallarının xidmətindən bütün oxucular istifadə edə bilər.

 - Kitabxanaya borcu olan və oxucu biletini təqdim etməyən oxuculara xidmət edilmir.

 - Kitabxana ümumi və ixtisaslaşdırılmış 11 oxu zalı vasitəsilə oxuculara xidmət edir.

 Elektron oxu zalında 18 ədəd kompüter dəsti oxucuların ixtiyarına verilərək aşağıdakı formada xidmət göstərir.

 - İnternet vasitəsilə elektron kitabxanadan istifadə

- Kitabxana daxilində elektron kitabxanadan istifadə

- Elektron Kitabxanadakı kitabları oxuya bilmək üçün istifadəçinin komputerində Adobe Reader proqramının olması vacibdir. Çünki bu proqram olmadan elektron kitabların açılması mümkün deyil. Bunları nəzərə alaraq ,biz ehtiyacı olanlar üçün saytımızın Elektron Kitabxana səhifəsində adı çəkilən proqramı yükləmələri üçün imkanlar yaratmışıq. İstifadəçilərin bu proqramı yükləmələri üçün səhifənin aşağı (ortadan) hissəsində yerləşdirilmiş Adobe Reader proqramının kiçik şəkillərindən istifadə etmək (onlara tıklamaq və s...) lazımdır.

 - Elektron Kitabxananın elektron kitabları saytımızın həm əlifbaya uyğun (müəllifin soyadına görə əlifba, əgər müəlliflər toplu olarsa, sərlövhəyə görə əlifba), həm də müvafiq elm sahəsinə uyğun səhifələrdə Elektron Məlumat Bazalarında yerləşdirilir.

 - Elektron qəzet və jurnallar isə Elektron Kitabxananın “Dövri və ardı davam edən nəşrlər” adlı Elektron Məlumat Bazasında yerləşdirilir.

 -“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəllifin razılığı (ərizəsi) olmayan elektron kitablardan, o cümlədən, nəşr ilinə, ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə, nadir nüsxələr yalnız  electron  kitabxananın  Lokal şəbəkədən  istifadə  üzrə elektron oxu zalında istifadə etmək olar.

 Kitabxananın işçi  heyəti

1. Emelya Səxavət qızı Süleymanova - müdir

2. Sara Arzu qızı Səfərova - Şöbə müdiri

3. Səbinə Süleyman qızı Qasımova – kitabxanaçı

4. Əminə Hüseyn qızı Məmmədova - kitabxanaçı

5. Firəngiz Nəsimi qızı Əliyeva  – kitabxanaçı

6. Sevinc Damət qızı Qasımova – biblioqraf

7.Çilənay Elnur qızı Yusifova - biblioqraf 

İş rejimi

 

Kitabxana şənbə və bazar günü istisna olmaqla, saat 09:00-dan 18:00-dək işləyir.

 ELANLAR

Əziz Müəlliflər! Siz öz əsərlərinizi bizim Elektron Kitabxanamızda görmək istəyirsinizsə, zəhmət olmasa, kitablarınızın elektron variantını aşağıdakı e-mail ünvanına göndərin: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir..

 

İCTİMAİ VƏ HUMANİTAR ELMLƏR FONDU VƏ OXU ZALI

İctimai və humanitar elmlər zalında 8 nəfərlik oxucu yeri var. Burada 5495 nüsxə ədəbiyyat yerləşdirilib. Hər mərtəbənin zalında ixtisasa uyğun olaraq  “Yeni kitablar”dan ibarət sərgilər təşkil olunur. Oxucular zalda əlifba və sistemli kataloqlardan istifadə edir. Hər il zalın fondu oxucu sorğularına uyğun olaraq yeni ədəbiyyatlarla zənginləşdirilir. Bu zal Azərbaycan, Rus, Qərbi Avropa xalqlarının tarixini, iqtisadiyyatını, hüquq tarixini, qanunvericilik bazasını, mədəniyyətini öyrənən və tədqiq edən tələbə və müəllimlərə, elmi işçilərə, doktorantlara və b.  xidmət göstərir.

FİLOLOGİYA, DƏQİQ VƏ TEXNİKİ ELMLƏR FONDU VƏ OXU ZALI

Bu zalda 8 nəfərlik oxucu yeri var. Dəqiq və texniki elmlər, həmçinin ,filologiyaya aid müxtəlif  dillərdə nəşr olunan  4337 nüsxə  ədəbiyyat yerləşdirilib. Bu zalda əlifba və sistemli kataloqlardan istifadə olunur. Burada təbiət və texniki elmlərə dair qiymətli kitablar, xarici səyyah və alimlərin əsərləri yerləşdirilib. Zalda eyni zamanda regional əhəmiyyətli yeri nəşrlər külliyyatı, etnik, ölkəşünaslıq, fərdi və xüsusi kolleksiyalar toplanıb. Zalın kolleksiyaları Azərbaycanın, eləcə də bütün Qafqazın və Rusiyanın folklorunu, ədəbiyyatını, mədəniyyətini öyrənən tədqiqatçılar üçün maraqlı olan mənbələrlə zəngindir. 

XARİCİ VƏ DİNİ ƏDƏBİYYAT FONDU VƏ OXU ZALI

Zalda Avropa və Şərq dilləri üzrə kitabların əlifba və sistemli kataloqu təşkil olunub. 8  nəfərlik oxucu yeri var. Bu fond  XVIII əsrdən müasir dövrə qədər nəşr olunan ədəbiyyatlarla  zəngidir. Bundan əlavə, dünyanın bir sıra ölkələrindən gələn yeni informasiya göstəriciləri zaldakı sərgidə saxlanılır və oxuculara məlumat verilir. Bu fondda 2246 sayda  dini , 2284 sayda  xarici ədəbiyyat mövcuddur.

DÖVRİ MƏTBUAT FONDU VƏ OXU ZALI

 

Bu zalda  elmi, elmi-kütləvi və ədəbi-bədii mətbuat nümunələri olan  qəzet və jurnal komplekti, müxtəlif elm sahələrinə aid referativ jurnallar, bülletenlər toplanmışdır. “Naxçıvan “ Universitetinin Kitabxanası 16 adda qəzet və jurnala abunə yazılıb, 27 adda jurnal isə  hədiyyə olunub. Zalda universitetin nəşri olan Naxçıvan Universitetinin  «Elmi əsərlər» jurnalı daha çox mütaliə olunan dövri mətbuatlar sırasındadır. 

DİSSERTASİYA VƏ AVTOREFERAT FONDU VƏ OXU ZALI

Elmin inkişafında mühüm rol oynayan doktorluq və namizədlik dissertasiyaları, avtoreferatlar bu şöbədə yerləşdirilib. Burada universitet əməkdaşlarının dissertasiya və avtoreferatları  ilə yanaşı respublikamızın müxtəlif elmi mərkəzlərində müdafiəsi keçirilən alimlərin  namizədlik və doktorluq dissertasiyaları toplanmışdır. 

MƏLUMAT NƏŞRLƏRİ FONDU VƏ OXU ZALI

Bu zalda еnsiklоpеdiyаlаr, lüğətlər, bibliоqrаfik göstəricilər tоplаnmışdır. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası; Böyük iqtisadi ensiklopediyası (5 cilddə); Большая Советская энциклопедия (51 том); Ərəb və fars sözləri lüğəti və s. Bütün  fondlarda olduğu kimi, burada toplanan  ədəbiyatların da əlifba və sistemli kataloqu   hazırlanıb oxucuların istifadəsinə verilmişdir.  

ELEKTRON İNFORMASİYA XİDMƏTİ  ZALI

Zallarda  yerləşdirilən 18 ədəd kompüter dəsti pulsuz olaraq universitet əməkdaşlarına xidmət edir, eyni zamanda, informasiya texnologiyalarının tətbiqinə dair kitablarla da oxucuları məlumatlandırır. Elektron kataloqun və elektron kitabxananın yaradılması istiqamətində iş aparır. İnternet vasitəsi ilə  oxuculara  elektron elmi kommunikasiyalar və informasiya xidmətini təşkil edir.

 

 

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image