"Naxçıvan" Universiteti Azərbaycan Respublikası ali təhsil potensialının formalaşmasında özünəməxsus yerə sahib olan, ümummilli lider Heydər Əliyevin biləvasitə rəhbərliyi ilə ölkədə aparılan təhsil islahatları nəticəsində yaranan təhsil müəssisələrindən biridir. 1999-cu ildən müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayan "Naxçıvan" Universiteti Azərbaycanın paytaxtından kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır. Universitetin məqsədi millətini sevən, xalqının xoşbəxtliyi, firavanlığı uğrunda çalışan, beynəlxalq standartlara cavab verə biləcək yüksək ixtisaslı mütəxəssislər hazırlamaq və ölkənin tərəqqisinə xidmət etməkdir.

Universitetin Tədris sistemi

"Naxçıvan" Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən ali təhsil sisteminin Bakalavriat və Magistratura pillələri üzrə kadr hazırlığı aparılır. Bakalavr təhsili müddəti 1+ 4 ildir. Universitetdə 14 ixtisası əhatə edən 4 fakültə fəaliyyət göstərir. Tədrisin təşkili ilə 10 kafedra məşğul olur. Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir avadanlıqlarla təchiz olunmuş İKT mərkəzi, zəngin kitabxana, fənn kabinələri, auditoriyalar, lazımi avadanlıqları olan, müasir standartlara cavab verən idman kompleksi fəaliyyət göstərir. Qeyd edək ki, universitetimiz Muxtar Respublika tarixində ilk lokal şəbəkəli kreditli təhsil sisteminə keçmiş ali təhsil müəssisəsidir (2008). Universitetdə tələbələrin ixtisasından asılı olmayaraq xarici dil və komputer biliklərinə yiyələnmələrinə xüsusi əhəmiyyət verilir. Tələbələrə bilik verilməsi ilə yanaşı, onların asudə vaxtının səmərəli təşkilinə də diqqət yetirilir. Universitetdə Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, SIFE Komandası, Turizm və Etnoqrafiya studiyası, İdman Klubu, Qrant dərnəyi, Şən və Hazırcavablar klubu, “Dəniz” vokal ansamblı, Komputer Araşdırma mərkəzi, kafedralar tərəfindən aparılan “Açıq debat” və “Diskussiya” klubları fəaliyyət göstərir. "Naxçıvan" Universiteti yüksək səviyyədə reallaşdırdığı təhsil, araşdırma və tətbiqləriylə ölkəmizin təhsil sistemində fəaliyyət göstərməkdədir. Xidmətlərinin zəmanətini öz adında daşıyan universitetimiz bu xidmətlərin ictimai rifaha çevrilməsində öncüllərdən olmaqda qərarlıdır. Universitet müasir dövrün elm sahəsində tələb etdiyi araşdırma, tətbiq və elmi yetərliklərə sahib, modern texnologiyaya hakim ola biləcək strategiya yürütməkdədir. Missiyamız güclü və müstəqil düşüncə qabiliyyətinə yiyələnmiş, milli məsuliyyət şüuruna sahib kadrlar hazırlamaq, tələbələrimizin müasir elm və texnologiyalardan istifadə imkanlarına, onları inkişaf etdirmələrinə, dövlətimizə, millətimizə və cəmiyyətimizə layiqli xidmət göstərmələrinə çalışmaqdır. Universitetimizdə tədris Azərbaycan dilində aparılır.

 

Tədris şöbəsinin vəzifələri:

1. Universitetə qəbul olunmuş tələbələrin qeydiyyatı.
2.Qəbul olunmuş tələbələr üçün (oğlanlar) 26 №-li formaların hazırlanaraq aid Səfərbərlik Xidməti şöbələrinə göndərilməsi.
3. Bakalavr və magistr hazırlığı üçün normativ sənədlərin hazırlanması.
4. Yekun Dövlət Attestasiyası imtahanlarının, imtahan və göndəriş vərəqlərinin nömrələnib aid qurumlara verilməsi.
5. Palazların yoxlanılaraq tədris şöbəsində saxlanılması.
6. Tədris proqramlarının, baza tədris planları əsasında işçi tədris planlarının tərtibi, təkmilləşdirilməsi.
7. Universitetin fakültə və kafedralarında tədris işini təşkil etmək.
8. Tədris planlarının yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi.
9. Tədris yüklərinə dair tapşırıqları kafedralara və fakültələrə çatdırmaq.
10. Tədrislə bağlı statistik məlumatları hazırlamaq və aidiyyatı üzrə göndərmək.
11. Tələbələrin tədris planına uyğun dərslərinin normal keçirilməsini təşkil etmək.
12. Tələbələrin kurs imtahanlarının keçirilməsi, akademik borclarının ləğvini təşkil etmək.
13. Pedaqoji və istehsalat təcrübələrinə dair hazırlıq işlərini həyata keçirmək.
14. Hər semestr üçün dərs və imtahan cədvəllərinin yoxlanılması.
15. Dərs jurnallarının yoxlanılması.
16. Boş keçən dərslər haqqında qeydlərin aparılması.
17. Hər semestrin sonunda hesabatların hazırlanması (Təhsil Nazirliyi, Elmi Şura).
18. Müxtəlif formalı hesabatların hazırlanması (Ali Məclis, Statistika komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və s.).
19. İmtahanların keçirilməsinə nəzarət etmək.
20. Fakültələr üzrə jurnalların və bütün növ blankların çap edilməsi və aid qurumlara verilməsi.
21. I kurs tələbələrinə tələbə biletlərinin hazırlanması.
22. Tələbələrin şəxsi işlərinin işlənməsi.
23. Tədrislə bağlı bütün əmrlərin hazırlanması (qəbul əmri, kursdan-kursa keçmə, xaric olma, təkrar kursda saxlanılma, bərpa olma, akademik möhlət vermə, akademik möhlətdən qayıtma, başqa universitetə və başqa universitetdən köçürülmə, universiteti bitirmələri ilə bağlı xaric olma, diplom vermə, Dövlət Attestasiyasına buraxılma, təhsil haqqını güzəştlə ödəmək, tələbənin soyad və adının dəyişdirilməsi, tədris ilinə hazırlığın vəziyyəti (qış və yay semestri), bütün növ təcrübə əmrləri və s.).
24. Buraxılış kurs tələbələrinə Dövlət imtahanından sonra diplom əvəzi arayışların verilməsi.
25. Diplomların təyin olunmuş formada məzunlara verilməsi.
26. Qəbul planı layihələrinin hazırlanması.
27. Hər semestr üçün qruplarda komissiyaların əmrləşdirilməsi, Yekun Attestasiyası Komissiya sədrliyinə namizədlərin Təhsil Nazirliyinə göndərilməsi və təsdiqdən sonra əmrlərin verilməsi.
28.Tədris prosesi ilə bağlı qüvvədə olan normativ sənədlərin nüsxələrinin aid qurumlara (Dekanlıqlara, Kafedra müdirlərinə, Ümumi işlər və kadrlar şöbəsinə  və s.) verilməsi və onların icra vəziyyətinin yoxlanılması.
29. Hər ayın sonunda tələbə kontingentini yeniləyərək hazırlamaq.
30. Universitetdə tədrisə aid daxil olan məktubların hazırlanaraq göndərilməsi.
31. Aşağıdan dərs götürən tələbələrin kreditlərinin yoxlanılması.
32. Hər tədris ilinin əvvəlində Universitetin göstəricilərinə dair kitabçanın hazırlanması
33. “Tələbə-məzun” elektron bazası ilə işləmək.

 

Tədris şöbəsinin əməkdaşları:

  1. Anar Ramazan oğlu Abuzərli - Şöbə müdiri
  2. Fatma Abbas qızı Hüseynova  - İnspektor
  3. Nurlana Fəxrəddin qızı Əliyeva  - İnspektor
  4. Aytən Gülməmməd qızı Mirzəyeva - İnspektor

 

e-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image