Yasin İsrafil oğlu Babazadə 10 dekabr 1990-cı ildə Şərur rayon Aşağı Yaycı kəndində anadan olmuş ibtidai təhsilini N.Tusi adına A.Yaycı kənd tam orta məktəbində almışdır. O, 2009-2013-cü illərdə Naxçıvan Özəl Universitetinin bakalavriat səviyyəsi üzrə Xarici dil (ingilis) müəllimliyi ixtisasına yiyələnmiş. 2013-2016-cı illərdə Naxçıvan Dövlət Universitetində magistratura səviyyəsinin İngilis dili üzrə (dilşünaslıq) ixtisasını bitirmişdir. 2017-ci ildən isə Naxçıvan Dövlət Universitetinin 5708.01-German dilləri ixtisası üzrə dissertantıdır. Hazırada filologiya üzrə fəlsəfə doktoru elmi darəcəsi almaq üçün İngilisdilli lüğətlərin tarixi, quruluşu və tipologiyası mövzusu üzrə tədqiqat aparır. O, Naxçıvan Özəl Universitetində fəaliyyət göstərən “Rəsmi Sənədlərin Tərcüməsi” ingilis dili kursunu müvəffəqiyyətlə bitirmiş və ona Dövlət Notariusu tərəfindən təsdiqi nəzərdə tutulan sənədlərin tərcüməsini etmək səlahiyyəti verilib. O, Şimali Kipr Türk Cümhuriyyətində, Akdəniz Universitetində fəaliyyət göstərən ixtisasartırma kurslarının iştirakçısı olmuş, eyni zamanda İtaliya və Polşa Respublikalarında  keçirilən müxtəlif treninqlərdə iştirak etmişdir. Yasin İsrafil oğlu Babazadə 2013-cü ildən Naxçıvan Özəl Universitetində fəaliyyət göstərən İKT şöbəsində WEB Designer, 2014-cü ildən isə Xarici dillər fakültəsinin tyutoru, 2015-ci ildən Xarici Dillər fakültəsinin dekan müavini və xarici dillər kafedrasının müəllimi vəzifəsində, 2017-ci ildən isə  “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin dekanı və xarici dillər kafedrasının müəllimi vəzifəsində çalışır. Yasin İsrafil oğlu Babazadə 2012-ci ildən Yeni Azərbaycan partiyasının üzvüdür. O bir sıra dərs proqramlarının, elmi məqalələrin və “Your level of translation” adlı metodik vəsaitin müəllifidir.

e-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.


Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image