Məmmədli Nərgiz Əsgər qızı,1993-cü ilin dekabr ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə Nəsrəddin Tusi adına gimnaziyanın I sinfinə daxil olmuş,2011-ci ildə Bakı şəhəri 276 №-li tam orta məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə daxil olmuş və 2015-ci ildə Dinşünaslıq ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. Həmin il Latviya Respublikasının Turiba Universitetinin Kommunikasiya fakültəsinə daxil olmuş və 2017-ci ildə İctimaiyyətlə əlaqələr ixtisası üzrə magistr təhsilini başa vurmuşdur. Həmin il Türkiyə Respublikasının Marmara Universitetinin Sosial Elmlər İnstitutuna daxil olmuş və 2020-ci ildə Təsəvvüf ixtisası üzrə magistr təhsilini bitirmişdir. 2021-ci ilin yanvar ayından etibarən “Naxçıvan” Universitetinin İlahiyyat kafedrasında müəllim vəzifəsində çalışır.

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image