Həsən Tağı oğlu Nəcəfov 23 mart 1990-cı ildə Ordubad rayon Üstüpü kəndində anadan olmuşdur. 1996-2007-ci illərdə Ordubad rayon Üstüpü kənd orta məktəbində təhsil almışdır. 2007-ci ildə Naxçıvan Özəl Universitetinin Pedaqoji fakültəsinin Riyaziyyat və İnformatika ixtisasına qəbul olmuş, 2011-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Həsən Tağı oğlu Nəcəfov 2012-ci ilin avqust ayından 2013-cü ilin iyun ayınadək Naxçıvan Özəl Universitetinin tədris hissəsində operator vəzifəsində çalışmışdır. 2013-cü ilin iyul ayında KKTC-nin Qazimağusa şəhərində yerləşən Doğu Akdeniz Universitetində beynəlxalq (Univercity Curriculum Development İnternational Accreditations 2013 July 20- August 03) kurs keçib, sertfikat almışdır. 2013-cü ilin noyabr ayında ECDL lahiyəsi ilə əlaqədar Polşa Respublikasının Budqoş şəhərində (The University of Technology and life Sciences) beynəlxalq kurs keçmişdir. 2014-cü ilin aprel ayında ECDL lahiyəsi çərçivəsində Latviya Respublikasının Riqa şəhərində (ISMA Universitetində) növbəti beynəlxalq kursu kecmişdir. 2013-cü ilin iyun ayından Naxçıvan Özəl Universitetinin İqtisadiyyat fakültəsində tyutor vəzifəsində çalışmışdır. 2014-cü ilin sentyabr ayından Naxçıvan Özəl Universitetinin Pedaqoji fakültəsində tyutor vəzifəsində çalışıb. 2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsinin İnformatika ixtisasına daxil olmuşdur. 2016-cı ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2017-ci ildən “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin tyutoru vəzifəsində çalışıb. 2018-ci ildə “Naxçıvan” Universitetinin “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə dissertantura şöbəsinə daxil olmuşdur. Hazırda təhsilini davam etdirir. 18 fevral 2020-ci il tarixdən İqtisadiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Məqalələr:

  1. Neyrokompyuterlər və neyroşəbəkələrin əsas xüsusiyyətləri
  2. Neyroşəbəkələr tədqiqat oblastı kimi
  3. Təlim prosesində İKT-dən səmərəli istifadə
  4. Tədris prosesində onlayn dərslərdən istifadənin üstünlükləri
  5. Fənlərin tədrisində İKT-nin didaktiv imkanları
  6. Müasir dövrdə informasiya cəmiyyətinin formalaşmasında İKT-nin rolu
  7. Təlimdə həndəsə məsələlərinin mövqeyi və şagirdlərin fəza təsəvvürlərinin formalaşmasında onların rolu
  8. Ali məktəblərdə kredit sisteminin tətbiqi təcrübəsindən
  9. Məsələ və tapşırıqların təşkili formaları və onların riyaziyyatın öyrənilməsində şagirdlərin əqli-fəaliyyətinin inkişafına təsiri
  10. Neyron şəbəkələrin öyrətmə alqoritmləri
  11. Korporativ kompüter şəbəkələri
  12. İnternetdə axtraış sistemləri
  13. Papkaların və faylların üzərində əməliyyat alqoritmləri
  14. Faylların qovluqlarda saxlanılması və fayllar üzərində əməliyyat alqoritmləri
  15. Texnoloji  və korporativ kompüter şəbəkələrində idarəetmə sistemləri

 

Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

 

 

   

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image