Hümbətov Şamil Nizaməddin oğlu 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Kimya -Biologiya təmayüllü liseyi bitirib. 1996-cı ildə Qafqaz Universitetinin Komputer Mühəndisliyi fakültəsinə daxil olub. 2001-ci ildə universiteti bitirib, həmin fakültənin magistratura bölməsinə daxil olub. 2003-cü ildə fərqlənmə ilə bitirib . 2011-ci ildən Qafqaz Universitetində “Hesablama maşınlarının, komplekslərinin, sistemlərinin və şəbəkələrinin riyazi və proqram təminatı (şifr: 05.13.11)” ixtisası üzrə dissertanturada təhsil alır.Üç məqalə, üç tezisi çap olunub. 2005-ci ilin iyunundan 2006-cı ilin dekabr ayına kimi “Binəqədi Neft Şirkəti”ndə İnformasiya Texnologiyaları üzrə Mütəxəssis vəzifəsində işləyib. 2007-ci ilin may ayından 2012-ci ilin yanvar ayına kimi “Azerfon” MMC-nin Gəncə müştəri xidmətlərində Texniki Xidmət üzrə Mühəndis vəzifəsində işləyib. 2009-cu ilin oktyabr ayından 2012-ci ilin dekabr ayına kimi “Ramada Plaza Gəncə” otelində İnformasiya Texnologiyaları üzrə Menecer vəzifəsində işləyib. 2013 -cü ilin Fevral ayından Azərbaycan Texnologiya Universitetində (Gəncə ş.) İnfromatika və Telekommunikasiya kafedrasında Laboratoriya müdiri vəzifəsində işləyib. 2013-cü ilin Oktyabr ayından “Naxçıvan” Universitetində İKT və Texniki Nəzarət şöbəsində mütəxəssis, riyaziyyat və informatika kafedrasında müəllim işləyir. Ailəlidir, üç övladı var.

Məqalə və tezislər:

1. Data-Intensive Computing with Map-Reduce and Hadoop, AICT VI International Conference, Tbilisi, Georgia, 2012
2. İri miqyaslı məlumatlar və problemləri, Gənc Tədqiqatçıların I Beynəlxalq konfransı, Bakı, Azərbaycan, 2013
3. Install and Configure a Multinode Hadoop Cluster, AICT VII International Conference, Baku, Azerbaijan, 2013
4. Biznes həllər üçün BIG DATA, Gənc Tədqiqatçıların II Beynəlxalq Konfransı, Bakı, Azərbaycan, 2014
5. Geniş Həcmli Məlumatların Xarakteristikası və Hadoop, “Davamli İnkişaf və Texnoloji İnnovasiyalar” Beynəlxalq Elmi Praktik Konfrans, Gəncə, Azərbaycan, 2014
6. İnformasiya Axtariş Sistemində Sözün “çəkisi” - TF-IDF, Gənc Tədqiqatçıların III Beynəlxalq Konfransı, Bakı, Azərbaycan, 2015

Sertifikatlar:

1. ECDL Start -LT 036784
2. Coudera Certificate of Attendance - Cloudera Developer Training for Apache Hadoop

e-mail: Bu e-Posta adresi istenmeyen posta engelleyicileri tarafından korunuyor. Görüntülemek için JavaScript etkinleştirilmelidir.

 




Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image