Aynurə Heyrat qızı Qulamova 1982 –ci ildə Babək rayonunun Xətai kəndində anadan olub. Orta təhsilini 1989-1999-cu illərdə Hüseyn Cavid adına 5 saylı orta məktəbində almışdır. 1999-2003-cü illərdə Naxçıvan Dövlət Universitetin Təbiətşünaslıq fakültəsinin “Biologiya” ixtisası üzrə ali təhsil almışdır. 2007-ci ildə Naxçıvan Dövlət Universitetində magistraturaya daxil olmuş, 2009-cu ildə bitirmişdir. 2003-2012-ci illərdə Hidrometerologiya idarəsinin Tədqiqat laboratoriyasında şöbə müdiri vəzifəsində işləmişdir. 2019-cu ildə “Naxçıvan” Universitetinin “Botanika” ixtisası üzrə dissertantura şöbəsinə daxil olmuşdur. Hazırda “Naxçıvan” Universitetinin “İqtisadiyyat” kafedrasının baş laborantı və “Təbiət elmləri” kafedrasının müəllimidir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

    Elmi əsərləri:

1.Naxçıvan MR ərazisində yonca kök yumrusu uzunburunu zərərverici-sinin bioloji və ekoloji xüsusiyyətləri. Magistrantların regional elmi konfransın materialları. NDU-2010 s.122-125

2.Qlobal ekoloji problemlərin təbii komponentlərə təsiri. “Naxçıvan” Universiteti Elmi əsərləri №2 (9) Naxçıvan,NU-“NUH”, 2018 s. 204-209

3. Naxçıvan Muxtar Respublikası ərazisində Sorbus graeca (Spach) Hedl. növünün yayılma zonaları. Gənc tədqiqatçıların III beynəlxalq konfransın materialları, BMU 29-30 aprel, Bakı-2019 s. 240-242

4.Naxçıvan Muxtar  Respublikası  florasında  Sorbus persica Hedl. növünün biomorfoloji və ekoloji xüsusiyyətləri. GDU Müasir təbiət və iqtisad elminin müasir problemləri beynəlxalq elmi konfransın materialları, 02-03 may, 2019 s.67-70

5.Naxçıvan Muxtar  Respublikası florasında yayılan Sorbus L. cinsinin tədqiqi vəziyyəti. AMEA  Naxçıvan bölməsi Elmi əsərlər Təbiət və texniki elmlər seriyası №2, Naxçıvan-2019 s.150-154

6.Quşarmudu (Sorbus L.) cinsinə daxil olan növlərin xarakterik xüsusiyyətləri və əhəmiyyəti. ADAU Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı respublika elmi-praktik konfransın materialları Gəncə, 29 oktyabr, 2019-cu  il s.207-210

7.Naxçıvan Muxtar  Respublikası  florasında yayılan Sorbus l. cinsinin ekobiomorfoloji təhlili. UMTEB İnternatıonal Congress on Vocatıonal, Technıcal Scıences-x “Naxçıvan” Universiteti, 2020 s. 108-111

8.Naxçıvan Muxtar Respublikasında Sorbus l. cinsinə daxil olan S. aucuparia L. növünün biomüxtəlifliyi və tibdə əhəmiyyəti. ADAU- nun Elmi Əsərləri. 12 aprel, Gəncə-2021 s. 23-27

9.Naxçıvan MR-də yayılan Sorbus l. cinsinə daxil olan növlərin sistematik təhlili və bioekoloji xüsusiyyətləri. Gənc tədqiqatçıların V Beynəlxalq konfransı. Bakı Mühəndislik Universiteti, 29-30, Aprel 2021, Bakı, Azərbaycan s. 269-271

10.Naxçıvan Muxtar Respublikası florasında yayılan Sorbus L. cinsinə daxil olan növlərin təhlili və biomorfoloji xüsusiyyətləri. LDU-nun Elmi Xəbərlər jurnalının Riyaziyyat və Təbiət elmləri seriyası №1, 2021 s.12-21

11.SPECIES INCLUDED IN THE GENUS SORBUS L. WHICH SPREAD IN THE FLORA OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC. Taurida Scientific Herald. Series: Rural Sciences, 122, 2021 p.17-26


Proqramları:

1.Azərbaycan florası. “Naxçıvan” Universitetinin Elmi Şura­sı­nın 28 dekabr 2021-ci il ta­rixli iclasının qərarı ilə təsdiq edilmişdir. (pro­to­kol № 04), Nax­çı­van, 2021, 20 səh.

2.Gigiyena. “Naxçıvan” Universitetinin Elmi Şura­sı­nın 28 dekabr 2021-ci il ta­rixli iclasının qərarı ilə təsdiq edilmişdir. (pro­to­kol № 04), Nax­çı­van, 2021, 16 səh.

3.Azərbaycanın dərman bitkiləri. “Naxçıvan” Universitetinin Elmi Şura­sı­nın 04 fevral 2022-ci il ta­rixli iclasının qərarı ilə təsdiq edilmişdir. (pro­to­kol № 05), Nax­çı­van, 2022, 20 səh.

 

 

 

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image