Nurlana Əliyeva

Tədris və tərbiyyə işləri üzrə prorektor

Image

Əliyeva Nurlana Sabir qızı 1977-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1983-cü ildə Naxçıvan şəhər E.Sultanov adına 7 saylı tam orta məktəbin I sinfinə daxil olmuş, 1993-cü ildə məktəbi bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Humanitar” fakültəsinin  Filologiya  ixtisasına daxil olmuş, 1997-ci ildə isə həmin ixtisası fərqlənmə ilə  bitirmişdir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura təhsil pilləsinin  “Azərbaycan ədəbiyyatı” ixtisasına daxil olmuş, 1999-cu ildə həmin ixtisası bitirərək Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatında redaktor vəzifəsi ilə əmək fəaliyyətinə başlamışdır. 2001-ci ildən isə, Naxçıvan Özəl Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında müəllim, 2012-ci ildən isə baş müəllim vəzifəsində çalışmışdır. 2013-cü ildə “Məhəmməd Tağı Sidqi və uşaq ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə “Naxçıvan” Universitetində Elmi Şuranın 30 may 2017-ci il tarixli 06 saylı protokol qərarı ilə dosent əvəzi seçilmiş, 2018-ci ilin fevral ayından isə universitetin “Pedaqoji” fakültəsinə dekan vəzifəsinə seçilmişdir. 2019-cu ilin 8 fevral tarixində Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə “Naxçıvan MR Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. 2019-cu ilin 5 dekabr tarixindən Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə “Naxçıvan” Universitetinə rektor,  01 fevral 2023-cü il tarixdən isə “Naxçıvan” Universitetinin Tədris və Tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin edilmişdir.  40-a yaxın  elmi məqalənin, 1 dərs vəsaitinin, 2 metodik vəsaitin, 2 fənn proqramının müəllifidir.

Məqalələri

1. Cəlil Məmmədquluzadə yaradıcılığında Şərq klassiklərinin əsərlərindən istifadə. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2000, №7, s.82-85
2. Məhəmməd Tağı Sidqi və ilk ana dilli məktəb. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2002, №9, s.126-128
3. Məhəmməd Tağı Sidqi və uşaq ədəbiyyatı 2003-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş konfransın materialları (18-19 mart 2004-cü il). Naxçıvan. İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal. Naxçıvan: 2004, №12, s.160-164
4. Məhəmməd Tağı Sidqinin hekayələri haqqında. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2011, №9, s.70-73 
5. Məhəmməd Tağı Sidqinin bədii əsərlərində elm, məktəb və tərbiyə haqqında fikirləri. Elmi axtarışlar. AMEA Folklor İnstitutu, 2012, №1/ 04, s.42-48
6. Məhəmməd Tağı Sidqi və ziyalı münasibətləri. Dil və ədəbiyyat. Beynəlxalq elmi - nəzəri jurnal. Bakı: 2012, №1 (81), s. 235-237
7. Naxçıvanda uşaq ədəbiyyatının inkişafında M.T.Sidqinin rolu. Naxçıvan Döv­lət Universitetinin Xəbərləri (ictimai və humanitar elmlər seriyası), Naxçıvan, 2012 №3, s.183-188
8. История школы в Нахичевании Мухаммед Таги Сидги. Философский алъманах совремменностъ. Философский алъманах совремменностъ: Мир Мнений, Aлматы: 2012, № 2, с. 204-208
9. Məhəmməd Tağı Sidqi söz haqqında. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası). Naxçıvan: Qeyrət, 2012, № 2 (46), s.57-60
10. XIV – XV yüzilliklərdə Naxçıvanda ədəbi-mədəni və elmi mühit. Naxçıvan Dövlət Universitetinin Xəbərləri (ictimai və humanitar elmlər seriyası), Naxçıvan, 2013, №3, s.181-187
11. XIII yüzillikdə Naxçıvanda ədəbi-mədəni və elmi mühit. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası). Naxçıvan: Qeyrət, 2013, № 1 (52), s.23-26
12. XIX yüzillikdə Azərbaycanda ədəbi pedaqoji mühit və Məhəmməd Tağı Sidqi. Axtarışlar (folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix), Elmi toplu II (8), Naxçıvan, 2013,№2 s.62-66
13. XVI-XVII yüzilliklərdə Naxçıvanda ədəbi-mədəni, elmi mühit. Axtarışlar (Folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix) Elmi toplu, I (7). Naxçıvan, 2013, №1s.52-55
14. XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllındə Azərbaycan uşaq poeziyası. Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının materialları (I cıld), Bakı: 2013, s. 305-306
15. Məhəmməd Tağı Sidqinin mətbuat haqqında fikirləri. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası). Qeyrət, 2014, №1 (57), s.125- 128
16. Современники Мухаммеда Таги Сидги. ТаврическогoНа­ционалъ­ного Универ­си­те­таим.­В.И.Вер­над­ско­го. Том 27(66) №3, Сим­феропoлъ, 2014, c. 404-410
17. XIX əsr Naxçıvan ədəbi mühit. Tarixi İpək yolu və Naxçıvanın iqtisadi və mədəni əlaqələrinin inkişaf məsələləri, Beynəlxalq İpək yolu konfransı, Naxçıvan 16-17 oktyabr, 2015, s.130-131
18. Əhməd Cavad yaradıcılığında üçrəngli poeziya. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2015, №5 (70), s.37-41
19. Əziz Şərifin tərcümə və publisistik yaradıcılığı. Naxçıvan Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2015, №1 (1), №, s.178-183
20. Eynəli bəy Sultanov M.T.Sidqinin müasiri kimi. “Naxçıvan” Universitetinin Elmi Əsərləri. 2016, №2 (3), s.96-10
21. Müzəffər Nəsirli, Hüseyn Razi yaradıcılığında vətənpərvərlik mötivləri. Filologiya məsələləri. Bakı: 2017, №1, 2017, s. 291-299
22. Abbas Zamanov Sabir ədəbi irsinin tədqiqatçısı kimi. “Naxçıvan” Universitetinin Elmi Əsərləri. 2017, № 2 (5), s.87-91
23. XX əsrin II yarısında Naxçıvan ədəbi mühitində Vətən mövzusu. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2017, №1 (82), s.70-74
24. İslam Səfərli poeziyasında müharibə mövzusu. “Naxçıvan” Universitetinin Elmi Əsərləri. 2018, №1 (8), s.38-44
25. Məmməd Araz yaradıcılığında məhəbbət lirikası. “Naxçıvan” Universitetinin Elmi Əsərləri. 2018, №3 (10), s.92-97
26. İslam mədəniyyətinin inkişafında Naxçıvan ədəbi mühitinin rolu. (7-8 sentyabr 2018-ci ildə keçirilmiş beynəlxalq konfransın materialları). Naxçıvan: “Əcəmi”, 2019, s. 120-125
27. Cəlil Məmmədquluzadə və naxçıvanlı müasirləri. “Naxçıvan” Universiteti. Elmi əsərləri. №1 (12), Naxçıvan, 2019
28. Müstəqillik dövründə Naxçıvanda bədii dəbiyyatın inkişafı məsələləri. “Naxçıvan” Universiteti. Elmi əsərləri. №3 (18), Naxçıvan, 2020, s. 76-82
29. Attitude of Muhammed Tagi Sidgi to press and his pres publications.  Актуальный питания : гуманитарних наук. Киев:, впусник 27, ИССУЕ 27, s.42-46
30. Fikrət Sadığın yaradıcılıq xüsusiyyətləri. “Naxçıvan” Universitetinin Elmi Əsərləri. 2020,  s.82-86
31. Xanəli Kərimli yaradıcılığında vətənpərvərlik mövzusu. Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə. Respublika konfransının materialları. Naxçıvan, 2020, s.44-47
32. XX əsr Naxçıvan ədəbi mühiti: Vaqif Məmmədovun yara­dıcı­lığın­da vətənpərvərlik duyğularının poetik ifadəsi. “XX əsr Naxçıvan ədəbi mühiti”. Respublika elmi konfransının materialları, 2020,  s. 104-108
33. Müstəqillik dövründə Naxçıvanda bədii ədəbiyyatın inkişafı məsələləri. Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan (Dayanıqlı inkişaf, uğurlar, per­s­pek­tiv­lər. 1995-2020), 2021, s. 127-131
34. Naxçıvan ədəbi mühitində vətən mövzusu. Naxçıvan: “Mədəniyyətlərin qovuşduğu məkan”, Beynəlxalq Elmi Konfransın materialları, 2021, s. 207- 211
35. Naxçıvan ədəbi mühitində Qarabağ müharibəsi mövzusuna münasibət. . “Naxçıvan” Universitetinin Elmi Əsərləri. №1(25) II hissə, 2022,  s.132-137
Metodik vəsaiti:
1. Səməd Vurğunun həyat və yaradıcılığının tədrisi. Naxçıvan: 2019, 25 səh.
2. Seçmə fənlərin tədrisində Məhəmməd Tağı Sidqi irsindən istifadə məsələləri. Naxçıvan, 2021, 67 səh. 
 
 Dərs vəsaiti:
1. Məhəmməd Tağı Sidqi və uşaq ədəbiyyatı. Dərs vəsaiti, Naxçıvan: “Əcəmi” NPB, 2019, 80 səh.
 
  Proqram :
1. Seçmə fənn (Ədəbi növ və janrlar).  Naxçıvan: 2015, 12 səh.
2. Cənubi Azərbaycan ədəbiyyatının tədrisində Seyid Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığının öyrədilməsi. Naxçıvan, 2021, 45 səh.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image