Ombudsmanın vəzifələri və öhdəlikləri

1.Akademik ombudsman bitərəf və qərəzsiz bir mütəxəssis olmalıdır.
2.Onun əsas vəzifəsi tələbələrə qeyri-rəsmi və məxfi yardım göstərməkdir. Bitərəf olaraq xidmət göstərən ombudsman təşkilatın hər hansı bir fərdinə vəkillik edə bilməz, o sadəcə ədalətin tərəfdarıdır. O, tərəfləri məlumtla təmin edir və onları istiqamətlərndirir, fərdlərin suallarına cavab tapmaqda kömək edir və aidiyyatı olan tərəflərə böhranlı vəziyyətin həlli yolunu tapmaqda yardım göstərir.
3.Universitet ombudsmanına ali təhsil müəssissəsi tərəfindən ombudsmanın qanunvericilik qaydaları daxilində şikayətçiləri, aidiyyatı olan şəxsləri və ya qanunsuz hərəkətlər, boşluqlar və ya daha ciddi qanun pozğunluqları ilə bağlı sualı olan şəxsləri məxfi şəkildə qəbul etmək, onları dinləmək, variantlar təklif etmək, qətnamələri yüngülləşdirmək, qeyri-rəsmi araşdırma aparmaq və ya məsələni müstəqil və qərəzsiz şəkildə yoxlamaq səlahiyyəti verilir.
4.Ombudsman universitetdə yüksək etik standatların təbliğ etməlidir.
5.Ombudsman tələbələrə, dissertantlara və universitet heyətinə problemləri dostcasına həll etməkdə kömək etməlidir.
6.Ombudsman məxfilik, qərəzsizlik, tərəfsizlik prinsiplərinə uyğun olaraq hərəkət etməlidir.
7.Universitetdə tətbiq olunan hüquq normaları haqqında məlumat verməlidir;
8.Universitetin nədzində fəaliyyət göstərən müvafiq təşkilat və qurumlarla əlaqə yaradıb, müəyyən məlumat əldə etməli və ya problemləri izah etməlidir;
9.Münaqişənin həllində tərəflərə kömək göstərməlidir. Kömək, problemi müəyyənləşdirib həlli yolunu tapmaqdan və ya məsələnin həllinin öz aralarında tapmaq üçün yol göstərməkdən ibarətdir;
10.Məsləhətləşmə və təşkilatçılığa vasitəçilik etməlidir;
11.Elmi mühit çərçivəsində münaqişənin alternativ həlli metodlarını təqdim etməlidir.
12.Ombudsman mütəmadi olaraq universitetdə maarifləndirici söhbətlər aparmalıdır.
13.Ombudsman ədalətlilik, qanunauyğunluq, demokratiklik, hunamizm prinsiplərinə riayət etməlidir.


İşin araşdırılması:

Ombudsman universitetdə vəziyyətin monitorinqi üçün tədris hissəsi və ayrı–ayrı dekanlıqlarla əməkdaçlıq edir. Bundan başqa, nizamnaməyə uyğun olaraq ombudsman xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda öz hüquqlarını müdafiə etmək qabiliyyəti olmayan tələbələrin maraqlarını qorumaq üçün öz təşəbbüsü ilə araşdırma apara bilər.

Hər hansı bir məsələyə baxarkən ombudsman aşağıdakılara diqqət yetirməlidir.

1.Müraciət edən şəxslərlə diskussiyalar və məsləhətlər aparmaq.
2.Əsaslandırılmış müvafiq yazılı məlumatlarla onları təmin etmək.
3.Münaqişəyə aidiyyatı olan şəxslə əlaqə yaratmaq.
4.Münaqişəyə aidiyyatı olan şəxslərin görüşünü təşkil etmək.
5.Məsələnin həllində vasitəçiliyin və digər alternativ üsulların mahiyyətini münaqişəyə aidiyyatı olan şəxslərə izah etmək.
6.Münaqişəni aradan qaldırmaq üçün vasitəçilik etmək.
7.Məsələnin həllində xidmət edən digər fəaliyyətlər təşkil etmək.

Nəticə olaraq ombudsman bütün şikayətləri dürüst, qərəzsiz və özünü onların yerinə qoymaqla işin şəffaflığını təmin etmək şərti ilə yuxarıda yazılan bəndlərə əsaslanıb, həll edir.
Bununla yanaşı ombudsman 3 illik fəaliyyəti dövründə öz həllini tapmış məsələlər barəsində hər ilin dekabr ayında universitetin ali orqanı olan Elmi şurada məxfilik saxlanılmaqla daxil olan şikayyət ərizəsinin yazıldığı tarixi, onun məzmunu haqqında məlumat verməklə hesabat verməlidir.

Ombudsmanın şəxsi keyfiyyətləri

Bacarıqları:

  • Ünsiyyət bacarığı - yaxşı dinləyici olmaq;
  • Təqdimat bacarığı - yaxşı danışma qabiliyyəti;
  • Problem və münaqişələri həlletmə bacarığı;
  • Qərar qəbul etmə və strateji düşünmə bacarığı;
  • Tənqidi yanaşma bacarığı;
  • Uzlaşdırma qabiliyyəti.

Şəxsi keyfiyyətləri

  • Səbrlilik
  • Düzgünlük
  • Vicdanlılıq
  • Etibarlılıq
  • Enerjililik
  • Yaradıcılıq
  • Yumor hissi

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image