Elmi Şura

1. "Naxçıvan" Universitetində ümumi rəhbərlik seçkili səlahiyyətli orqan - rektorun başçılıq etdiyi - Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti üç ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən seçilməsi onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
2. Tutduqları vəzifələrinə görə Elmi Şuraya Universitetin tədris işləri üzrə prorektoru (sədr müavini), digər prorektorlar, elmi katib, fakültə dekanları, həmkarlar təşkilatının sədri daxil olur. Elmi Şuranın digər üzvləri Universitetin elmi dərəcəsi və elmi adı olan professor-müəllim heyətinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10-a qədəri universitetin rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (Naxçıvan  Universiteti daxilindən və Universitetin fəaliyyəti ilə bağlı olan digər sahələrdən, elmi-tədqiqat müəssisələrindən alimlər və aparıcı mütəxəssislər).
3. Elmi Şuranın tərkibi və səlahiyyət müddəti Universitetin rektoru tərəfindən təsdiq edilir.
Naxçıvan Universitetinin Elmi Şurası:
- hər il universitetin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
- fakültələrin və universitetin digər bölmələrinin yaradılması, ləğvi barəsində məsələləri həll edir;
  • tədris planlarının və proqramlarının layihələrinə baxır;
  • elmi-tədqiqat işlərini, tərbiyə işlərini və ixtisas artırma planlarını müzakirə edir;
  • dərsliklərin, tədris vəsaitlərinin və digər elmi və elmi-metodik ədəbiyyatın hazırlanması və nəşri məsələlərinə baxır;
  • kafedra müdirlərini seçir və onların vaxtından əvvəl azad olunmaları məsələlərini həll edir;
  • müstəsna hallarda rektorun qərarı ilə fakültə dekanlarını seçir və onların vaxtından əvvəl azad olunmaları məsələlərini həll edir;
  • müəyyən olunmuş qaydada professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqələr keçirir;
  • Universitetin inkişafının perspektiv planına və illik planlarına baxır, maliyyə və təsərrüfat fəaliyyət nəticələrini müzakirə edir;
  • Universitetin fəaliyyəti ilə bağlı olan digər məsələləri həll edir;
4. Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş plan üzrə işləyir. Elmi Şuranın planları şurada müzakirə edilir və rektor tərəfindən təsdiq edilir.
5. Tədris və elmi işlər üzrə bütün məsələlər Elmi Şuranın qərarı açıq səsvermə, sadə səs çoxluğu ilə qəbul edilir. Professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün keçirilən müsabiqə zamanı, fakültələrin dekanlarını seçdikdə gizli səsvermə yolu ilə qəbul edilir.
6. Elmi Şuranın qərar çıxarması üçün onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının ən azı 50 -dən çoxu müzakirə olunan məsələnin lehinə səs verərsə, qərar qəbul olunmuş hesab edilir.
7. Elmi Şuranın qərarı onların universitetin rektoru tərəfindən təsdiqindən sonra qüvvəyə minirlər. Elmi Şuranın müsabiqə yolu ilə professor-müəllim heyətinin vəzifələrini tutmaq məsələləri üzrə qərarları müəyyən olunmuş qaydada təsdiq olunurlar.
8. Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və elmi katibi tərəfindən imzalanır və elmi katibdə saxlanılır.
9. Elmi Şuranın sədri, Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.

2023-2024-cü tədris ili üçün "Naxçıvan" Universitetinin Elmi Şurasının tərkibi

1. Fiz-Riy, üz. fəl. dok. Anar Altay oğlu Kazımov - Rektor, Sədr
2. F.ü.f. dos., Nurlana Sabir qızı Əliyeva - Tədris və tərbiyə işləri üzrə prorektor - Sədr müavini
3. Afin Qalabəyi oğlu Məmmədov - Ümumi işlər üzrə prorektor - Sədr müavini
4. İ.ü.f.d. Rza İbrahim oğlu Məmmədov - Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor - sədr müavini
5. Elmin Hüseyn oğlu Orucov - Rektorun Maaliyyə məsələləri üzrə müşaviri - Üzv
6. Zamin İsrafil oğlu Babazadə - Elm və İnnovasiyalar şöbəsinin müdiri, Elmi katib vəzifəsini icra edən - üzv
7. F.ü.f.d. Anar Ramazan oğlu Abuzərli - Tədris şöbəsinin müdiri - üzv
8. Ruqiyyə Hüseyn qızı Kərimova - Beynəlxalq Əlaqələr şöbəsinin müdiri - üzv
9. Ellada Zülfüqar qızı Mahmudova - Ümumi işlər və kadrlar şöbəsinin müdiri - üzv
10. Xəyal Valeh oğlu Heydərov - Baş mühasib - üzv
11. P.ü.f.d, dos. Lalə Zahir qızı Allahverdiyeva - Pedaqoji Fakültənin dekanı - üzv
12. İ.ü.f.d, dos. Ceyhun İlham oğlu Mahmudov - İqtisadiyyat Fakültəsinin dekanı - üzv
13. İ.ü.f.d, dos. İradə Vətən qızı Bağırova - İdarəetmə Fakültəsinin dekanı - üzv
14. İ.ü.f.d, dos. Leyla Abbas qızı Səfərova -Xarici Dillər Fakültəsinin dekanı - üzv
15. İ.ü.f.d, dos. Həsən Əbdüləli oğlu Məmmədov - İqtisadiyyat kafedrasının müdiri
16. F.ü.f.d, dos. Nüşabə Məmmədəli qızı Məmmədova - Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri - üzv
17. T.ü.f.d, dos. Mehman Sərxan oğlu Şabanov - Ümumi tarix və beynəlxalq münasibətlər kafedrasının müdiri - üzv
18. B/m Səfa Əli oğlu Əliyev - Riyyaziyyat və informatika kafedrasının müdiri - üzv
19. Könül Təvəkkül qızı Babayeva - Xarici dillər kafedrasının müdiri - üzv
20. Aytən Nizami qızı Məmmədova - Pedaqogika və psixologiya kafedrasının müdiri - üzv
21. Bəhruz Nəsib oğlu Quliyev - Təbiət elmləri kafedrasının müdiri - üzv
22. Emeliya Şəxavət qızı Süleymanova - Universitet kitabxanasının müdiri - üzv
23. T.ü.f.d, dos. Mehman Sərxan oğlu Şabanov - Universitet həmkarlar təşkilatının sədri - üzv
24. Altay İman oğlu Cəfərli - TGT sədri

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image