Leyla Səfərova

Xarici dillər fakültəsinin dekanı

Image

Səfərova (Ələkbərova) Leyla Abbas qızı 25 iyul 1981-ci ildə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur. 1987 – 1997-ci illərdə Naxçıvan şəhərindəki H.Cavid adına 5 № li orta məktəbdə, 1997 – 1998-ci tədris ilində isə M.C.Cəfərov adına 14 № li orta məktəbdə təhsil almış və 1998-ci ildə bu məktəbdən fərqlənmə attestatı ilə məzun olmuşdur. Həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin “İngilis dili və roman-german dilləri filologiyası” fakültəsinə daxil olmuş, 2002-ci ildə isə Azərbaycan Dillər Universitetinin “Filologiya” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Naxçıvan şəhər 14 № li orta məktəbdə ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, paralel olaraq, 2003 – 2004-cü tədris ilində Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə də ingilis dili müəllimi işləmişdir. 2004 – 2006-cı illərdə Naxçıvan Dövlət Universitetində Dilşünaslıq istiqamətində “Xarici dillər – İngilis dili” ixtisası üzrə magistr pilləsində təhsil almışdır. 2004 – 2006-cı illərdə AMEA Naxçıvan Bölməsi Mərkəzi Aparatının Köməkçi Heyətində baş mütəxəssis (xarici əlaqələr üzrə), 2006 – 2020-cı illərdə həmin müəssisənin Təhsil və kadrlar (köhnə adı “Kadrlar və aspirantura”/“Kadrlar və doktorantura”), 2020 – 2021-ci ildə Elm və təhsil şöbəsində baş mütəxəssis vəzifəsini icra etmişdir. 2021 – 2022-ci illərdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 2008 – 2012-ci illərdə AMEA Naxçıvan Bölməsində dissertantura təhsili almış, 2015-ci ildə “German dilləri” ixtisasında “Azərbaycanda ingilis dilinin qrammatikasının tədqiqi tarixi” adlı dissertasiya müdafiə edərək 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2008-ci ildən Naxçıvan Dövlət Universitetinin “İngilis dili və tərcümə” kafedrasında, 2020-ci ildən isə Naxçıvan Universitetinin “Xarici dillər” kafedrasında saathesabı müəllim, 2022 – 2023-cü tədris ilində Naxçıvan Dövlət Universitetinin “İngilis dili və metodika” kafedrasında tam ştat müəllim işləmişdir. 2018 – 2022-ci illərdə Naxçıvan Dövlət Universitetinin bakalavr təhsil pilləsində Müdafiə Şurasının, 2023-cü ildə Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda Yekun Attestasiya Komissiyasının sədri təyin olunmuşdur. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının, 2021-ci ildən “Azad qələm” ədəbi jurnalının redaksiya heyətinin, 2022-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2 elmi monoqraiya, 1 bədii kitab, 1 kitab tərtibatı, ölkə daxilində və xaricdə olmaqla respublika və beynəlxalq səviyyəli 50 elmi məqalə, konfrans materialı və tezisin, 18 qəzet, 11 sayt məqaləsinin, o cümlədən 3 ədəbi nəşrin müəllifidir. Bir sıra beynəlxalq və yerli sertifikatları, diplomları və medalı vardır.

Kitab və monoqrafiyaları

  1. Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi (monoqrafiya). Bakı: ADPU-nun mətbəəsi, 2017, 118 s.
  2. Bakı: ADPU-nun mətbəəsi, 2017 (monoqrafiya). Bakı: “Elm və təhsil” nəşriyyatı, 2019, 116 s.
  3. İnsansız küçələr (bədii kitab). Bakı, “Xan” nəşriyyatı, 2019, 72 s.
  4. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi – 2020. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarının elmi əsərləri: (tərtibçi). Biblioqrafik göstərici. Naxçıvan: “Tusi” nəşriyyatı, 2021, 285 s.

 

Məqalələri

  1. Müasir Azərbaycan və ingilis dillərində isimlərin kəmiyyət kateqoriyası. Azərbaycan Dillər Universitetinin “Elmi Xəbərlər” jurnalı. Bakı: Mütərcim, 2008, № 2, s.25 -134
  2. Azərbaycan və ingilis dillərində isimlərin yiyəlik halının müqayisəli təhlili. Azərbaycan Dillər Universitetinin “Elmi Xəbərlər” jurnalı. Bakı: Mütərcim, 2008, № 6, s.25–129
  3. Azərbaycanda ilk ingilis dili dərslikləri. AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Tədqiqlər” jurnalı. Bakı: Nurlan, 2009, s.3–11
  4. Confused words. “Mədəniyyətlərarası dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər” Beynəlxalq Elmi Konfransının materialları (25–27 noyabr 2010) Azərbaycan Dillər Universiteti. Bakı: Mütərcim, 2010, s.168–169
  5. Degrees of English Adjectives. Bilimsel Eksen. Kültür Ajans Tanıtım ve Organizasyon LTD. Ankara: İskitler, 2010, № 2, s.94–103
  6. Ali məktəblər üçün yazılmış xarici dil dərsliklərinin milliləşməsi (ingilis dili üzrə). Bakı Slavyan Universitetinin “Humanitar Elmlərinin Öyrənilməsinin Aktual Problemləri” jurnalı. Bakı: Mütərcim, 2011, № 4, s.57–60
  7. 1960-cı illərdə yazılmış ingilis dili dərsliklərinin pedaqoji-linqvistik xüsusiyyətləri. Bakı Dövlət Universitetinin “Dil və Ədəbiyyat” jurnalı. Bakı: BDU, 2011, № 4 (80), s.207–209
  8. Изучение грамматики английского языка в Азербайджане. Ученые записки. Таврического Национального Университета им. В.И.Вернадского. Симферополь: ТНУ, 2014, Том 27 (66), № 3, s.297–302
  9. Azərbaycanda ilk ingilis dili qrammatikası dərsliyi. Bakı Avrasiya Universitetinin “Sivilizasiya” jurnalı. BAU, 2014, № 7, s.118–124
  10. Azərbaycanda müstəqilliyə qədərki illərdə yazılan ingilis dili qrammatika kitablarında qoyulan nəzəri problemlər. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı. Naxçıvan: ADPU-nun mətbəəsi, 2014, cild 4, №3, s.125–133
  11. Oruc İbrahim oğlu Musayevin “İngilis dilinin qrammatikası” haqqında (sintaksis bölməsi). Filologiya məsələləri. Bakı: Elm və təhsil, 2014, №7, s.48–55
  12. О пособии Исмихана Рагимова и Тимурчина Идаятзаде Практическая грамматика английского языка (Баку, 1966). Материалы I Международной научно-практической конферен­ции. Пятигорск: Пятигорский Государственный Лингвистический Университет, 2014,с.118–123
  13. Azərbaycanda ingilis dilinin qrammatikasına dair aparılan tədqiqat işlərində qoyulan elmi problemlər. Azərbaycan Dillər Universitetinin “Dil və ədəbiyyat” jurnalı. Bakı: Mütərcim, 2014, №3. s.111–117
  14. İngilis dilində nitq hissələrinin təsnifi problemi. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı. Naxçıvan: “Tusi” nəşriyyatı, 2017, cild 7, № 1, s.121–124
  15. Azərbaycanlı müəlliflərin ingilis dilində sifətin dərəcə kateqoriyası probleminə baxışı. “Heydər Əliyev və Azərbaycan Gəncliyi” Respublika Elmi Konfransının materialları (28 aprel 2017), Bakı Slavyan Universiteti. Bakı: 2017, s.65–66
  16. Müstəqillik illərində yazılmış ingilis dili qrammatikası dərslikləri. Müstəqillik illərində yazılmış ingilis dili qrammatikası dərslikləri. “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Azərbaycanşünaslığın aktual problemləri” VIII Beynəlxalq elmi kon­fransının materialları (4–5 may 2017). Bakı: 2017, s.547–549
  17. İngilis dilində mənasına görə sifətlərin təsnifi problemi. “Elmi Əsərlər” Naxçıvan Universiteti. Naxçıvan: NU “NUH” nəşriyyatı, 2017, № 1 (4), s.175–183
  18. Culfa rayon şivələrində saitlərin uzanması hadisəsi. Azərbaycan Dillər Universitetinin “Elmi Xəbərlər” jurnalı. Bakı: “Mütərcim” nəşriyyatı, 2017, cild 2, №3, s.12–17
  19. Verbs grammatical categories problem in modern English. Scientific Light. Wroclaw: 2017, №10, s.18–22
  20. Culfa rayon şivələrində arxasıra və önsıra saitlərinin əvəzlənməsi. AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalı. Naxçıvan: “Tusi” nəşriyyatı, 2017, № 3, s.199–203
  21. İngilis dilində feillərin məchulluq anlayışı. “Gənc alimlərin II Beynəlxalq elmi konfransı”nın materialları (17–18 oktyabr 2017). GəncəDövlət Universiteti. Gəncə: 2017, s.358–360
  22. Azərbaycan dilinin Culfa şivələrində dodaqların vəziyyətinə görə sait əvəzlənməsi. Naxçıvan Universitetinin “Elmi Əsərlər” jurnalı. Naxçıvan: NU “NUH” nəşriyyatı, 2017, №3 (6), s.128–136
  23. Azərbaycan dilinin Culfa şivələrində açıq və qapalı sait əvəzlənmələri. “Xəbərlər” AMEA Naxçıvan Bölməsi, № 1, Naxçıvan: “Tusi” nəşriyyatı, s.123–129
  24. Şəhriyarın dili Culfa şivələri ilə müqayisədə. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı. Naxçıvan: “Tusi” nəşriyyatı, cild 8, № 1, 2018. s.87–91
  25. Azərbaycan və İngilis dillərində növün tədqiqi tarixindən. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” IX Beynəlxalq elmi kon­fransının materialları (3–4 may 2018). Bakı: 2018, s.549–551
  26. The passive voice of English monotransitive and ditransitive verbs. Германские, Тюркские и Славянские Языки в Полилультурном Мире. Сборник международной конференции (15 апреля 2018)/Кыргызского-Россиском Славянском Униварситет им. Б.Н.Ельцина. Киргизия, Бишкек: 2018, с.70–74
  27. Heydər Əliyevin dil siyasəti bir zəncir kimi. Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Beynəlxalq kon­fransının materialları (4 may 2018). Naxçıvan Dövlət Universiteti. Naxçıvan, “Qeyrət” nəşriyyatı, 2018, s.549–553
  28. Culfa şivələrində saitlərin ahəngi. Davamlı inkişaf və humanitar elmlərin aktual roblemləri. Beynəlxalq elmi konfransın materialları (4 may 2018). Azərbaycan Universiteti. Bakı, 2018, 376–378
  29. Azərbaycan dilinin Culfa şivələrində samit əvəzlənməsi hadisəsi. AMEA Naxçıvan Bölməsinin “Elmi Əsər­lər” jurnalı. İctimai və humanitar elmlər seriyası. Naxçıvan: “Tusi” nəşriyyatı, 2019, cild 15, № 1, s.142–147
  30. Azərbaycan dilinin Culfa şivələrində assimilyasiya hadisəsi. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı. Naxçıvan: “Tusi” nəşriyyatı, 2019, cild 9, № 1, 91–96
  31. Expressing Reflexivity by Word Building in English. Proceedings of the XXI İnternational Conference European Academy of Science and Research (18–21 december 2019). Germany: Bonn, 2019, p.36
  32. Mirbağır Mirheydərzadə Naxçıvan Dövlət Tarix Muzeyinin yaradıcılarından biri kimi. Naxçıvan Dövlət Tarix Muzeyi – 95. Naxçıvan: “Əcəmi” NPB, 2019, s.40–44
  33. Multikulturalizm və Azərbaycançılıq. “Heydər Əliyev: Multikulturalizm və Tolerantlıq İdeologiyası” mövzusunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş II Beynəlxalq elmi konfransın materialları (6–8 may 2019). Azərbaycan Dillər Universiteti. Bakı, 2019, 55–57
  34. Azərbaycan dilinin Culfa şivələrində saitlərin düşümü. “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş respublika elmi konfransın materialları (24 oktyabr 2019), Azərbaycan Universiteti. Bakı: 2019, 55–57
  35. Culfa şivələrində isim (Anadolu şivələrilə müqa­yisədə). AMEA Naxçıvan Bölməsinin “Elmi Əsər­lər” jurnalı. İctimai və humanitar elmlər seriyası. Naxçıvan: “Tusi” nəşriyyatı, 2020, cild 16, № 1, s.153–158.
  36. Naxçıvanda xarici dillərin tədqiqi məsələləri (müs­təqillik dövrü). “Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” mövzusunda Respublika konfransının materialları (22 noyabr 2019), AMEA Naxçıvan Bölməsi. Naxçıvan: “Tusi” nəşriyyatı, 2020, s.189–195
  37. Azərbaycan dilindəki neologizmlər və onların Naxçıvan dialekt və şivələrində əmələ gətirdiyi dəyişikliklər. AMEA Naxçıvan Bölməsinin “Elmi Əsərlər” jurnalı. İctimai və humanitar elmlər seriyası. Naxçıvan: “Tusi” nəşriyyatı, 2021, cild 17, № 3, s.126–132
  38. Azərbaycan dilinin Culfa şivələrində qohumluq əlaqələrini bildirən sözlər. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı. Naxçıvan: “Tusi” nəşriyyatı, 2021, cild 15, № 2, s.126
  39. Alim-şair Elxan Yurdoğlunun tərcümə fəaliyyəti. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Axtarışlar jurnalı. Naxçıvan: “Tusi” nəşriyyatı, 2021, cild 15, № 4, s.71–74
  40. Culfa şivələrində zərflərin quruluş və mənaca növləri. Azərbaycan Dillər Universitetinin “Dil və Ədəbiyyat” jurnalı. Bakı: Mütərcim, 2021, cild 11, № 2, s.126–130
  41. Azərbaycan dilinin yeni inkişaf mərhələsinin “Şərq qapısı” qəzetində əksi. “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu. Naxçıvan: “Əcəmi” NPB, 2021, s.388–400
  42. Culfa şivələrində türk mənşəli sözlərin tədqiqinə dair. AMEA Naxçıvan Bölməsinin “Elmi Əsər­lər” jurnalı. İctimai və humanitar elmlər seriyası. Naxçıvan: “Tusi” nəşriyyatı, 2022, cild 18, № 1, s.141–146
  43. Müzəffər Nəsirlinin yaradıcılığında qadın obrazı. Müzəffər Nəsirli. Naxçıvan: “Əcəmi” NPB, 2022, s.90–99
  44. Naxçıvan ədəbi mühitinin publisistik mənzərəsi. Naxçıvanda ədəbi proses – 2021. Naxçıvan: “Tusi” nəşriyyatı, 2022, s.73–83
  45. Azərbaycan dilinin Culfa şivələrinə Qafqaz dillərindən və rus dilindən keçən sözlər. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalı. Naxçıvan: “Tusi” nəşriyyatı, 2022, cild 16, № 1, 42–46
  46. Tərcümədə qrammatik aspektin rolunun tədrisinə dair. “Xarici dillərin tədrisi və tədqiqində ənənəviliyin və müasirliyin vəhdəti” mövzusunda Respublika konfransı (15 – 17 iyun 2022), Naxçıvan Dövlət Universiteti. Naxçıvan: 2022, s.55–56
  47. Naxçıvan dialekti və Şuşa şivələrinin ortaq leksik xüsusiyyətləri. Naxçıvan Dövlət Universitetinin “Elmi Əsər­lər” jurnalı. Humanitar elmlər seriyası. Naxçıvan: “Qeyrət” nəşriyyatı, 2022, № 5 (118), 31–35
  48. Qarşılıqlı öyrənmənin başlıca prinsipləri. Naxçıvan Universitetinin “Elmi Əsər­lər” jurnalı. Naxçıvan: “Nuh” nəşriyyatı, 2022, № 4 (28), 212–214
  49. Dilçilikdə riyazi metodun tətbiqi əhəmiyyəti. Naxçıvan Dövlət Universitetinin “Elmi Əsərlər” jurnalı. Humanitar elmlər seriyası. Naxçıvan: “Qeyrət” nəşriyyatı, 2023, № 1
  50. Method of Oppositions in Learning English. Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi” mövzusunda Respublika Konfransının Materialları (26 aprel 2023), Naxçıvan Dövlət Universiteti. Naxçıvan: 2023
  51. Müasir dil tədrisində interaktiv təlimin rolu. Naxçıvan Universitetinin “Elmi Əsər­lər” jurnalı. Naxçıvan: “Nuh” nəşriyyatı, 2023, № 2

 

Bədii nəşrləri

 

  1. Leyla Səfərova – hekayələr. Zərif kölgələr (II antologiya). Müasir Azərbaycanın xanım yazarlrı. Bakı: “Orxan” MPM, 2020, 2 cilddə, II cild, s.108–116
  2. Üç esse. “Azad qələm” jurnalı. Bakı: 2021, № 3, s.59–61
  3. Şəhidin göz yaşı. “Xəzan” jurnalı. Bakı: 2022, № 7, s.68–69
  4. Şəhriyar dilinin Naxçıvan şivələrində təzahürü. “Xəzan” jurnalı. Bakı: 2023, № 6

 

Mətbuat nəşrləri

 

  1. Gənc istedad (tərcümə). “Paritet” qəzeti, 2000, 21–23 oktyabr.
  2. Azərbaycan Prezidenti Heydər Əliyev: şəxsiyyəti və fəaliyyəti (tərcümə). “Paritet” qəzeti, 2000, 28–30 oktyabr.
  3. Azərbaycan Prezidenti Heydər Əliyev: şəxsiyyəti və fəaliyyəti (tərcümə). “Nuh yurdu” qəzeti, 2003, 20 mart; 17 aprel; 26 aprel; 10 may.
  4. Hörmətli redaksiya! (təşəkkür məktubu) “Yaddaş” qəzeti, 2005, 02 fevral.
  5. Dil millətin ən böyük sərvətidir. “Şərq qapısı” qəzeti, 2007, 24 may.
  6. Uşaqlara milli rəqslərimiz öyrədilir. “Şərq qapısı” qəzeti, 2015, 31 iyul.
  7. Milli rəqsləri həvəslə öyrənirlər. “Azərbaycan” qəzeti, 2015, 18 oktyabr.
  8. Xeyriyyəçi və tarixçi-diyarşünas. “Azərbaycan” qəzeti, 2015, 20 dekabr.
  9. Azərbaycan Dillər Universiteti: tarixi, inkişaf yolu və perspektivləri. “İki sahil” qəzeti, 2017, 13 iyun.
  10. Ulduz çoxluğu qədər təklik. (resenziya) “İki sahil” qəzeti, 2018, 7 iyun.
  11. Heydər Əliyev və Azərbaycan dilinin inkişaf tarixi. “İki sahil” qəzeti, 2018, 12 may.
  12. Duzdan Duzdağa. “Şərqin səhəri” qəzeti, 2019, 25 may.
  13. Duzdan Duzdağa. “İki sahil” qəzeti, 2019, 30 may.
  14. Duzdan Duzdağa. “Şərq qapısı” qəzeti, 2019, 30 avqust.
  15. Cavidlərə həsr olunmuş ömür. “Səs” qəzeti, 2019, 8 noyabr.
  16. Cavid irsinə, Cavidlər ocağına sonsuz məhəbbətlə yaşanan ömür. 525-ci qəzet, 2019, 17 noyabr.
  17. Azərbaycan dilinin Culfa şivələrində qohumluq əlaqələrini bildirən sözlər. “İki sahil” qəzeti, 2021, 17 iyul.
  18. Naxçıvan dialekti və Şuşa şivələrinin ortaq leksik xüsusiyyətləri. “İki sahil” qəzeti, 2022, 4 noyabr.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image