İradə Bağırova

İdarəetmə fakültəsinin dekanı

Image

İradə Vətən qızı Bağırova 1975-ci ildə Babək rayon Xal-Xal kəndində anadan olmuşdur. 1982-ci ildə Babək rayon Xal-Xal kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1992-ci ildə  həmin məktəbi fərqlənmə ilə bitirmişdir, 1992-95-ci illərdə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə Pedaqoji Kollec bitirmiş, 1995-97-ci illərdə Xal-Xal kənd tam orta məktəbində müəllim vəzifəsində işləmişdir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsinin “Gömrük işinin təşkili” ixtisasına daxil olmuş, 2001-ci ildə fərqlənmə ilə bitirmişdir. 2002-2004-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində “İqtisadçı” vəzifəsində işləmişdir. 2003-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsində “Gömrük işinin təşkili” ixtisası üzrə təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. 2005-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasında laborant, saathesabı müəllim, baş müəllim, 2018-ci ildən isə dosent vəzifələrində işləmişdir. 2011-ci ildə “Gömrük işinin təşkilinin regionların sosial-iqtisadi inkişafı ilə əaqələndirilməsi problemləri” mövzusunda müdafiə edərək, iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsini, 2018-ci ildə isə dosent elmi adını almışdır. İngilis və rus dillərini orta səviyyədə bilir və 2003-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2008-ci ildə “Naxçıvan” Universitetində 0.5 ştat müəllim olaraq pedaqoji fəaliyyətə başlayıb. 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin “Dünya iqtisadiyyati” kafedrasının müəllimidir. 2014-cü ilin sentyabr ayından 2023-cü ilin iyul ayına kimi “Naxçıvan” Universitetinin “İdarəetmə” fakültəsinin tərkibində olan “İdarəetmə” kafedrasının müdiri olaraq fəaliyyət göstərib. 2023-cü ilin iyul ayından “Naxçıvan” Universitetinin “İdarəetmə” fakültəsinin dekanı olaraq fəaliyyətini davam etdirməkdədir. 2 dərs vəsaitinin, 2 monoqrafiyanın, 3 Metodiki göstərişlərin, 1 Metodik vəsait, 14 fənn proqramının, 40 elmi məqalənin olmaqla, ümumilikdə 62 elmi əsərin müəllifidir.

Məqalələr:

  1. “Azərbaycanın gömrük xidmətində narkomaniyaya qarşı mübarizə “Naxçıvan Müəllimlər İnstitutu “Regionun sosial-iqtisadi inkişaf problemləri”, (Elmi-praktik konfrans), Naxçıvan-2006 s. 82
  2. Naxçıvan MR-in sosial-iqtisadi inkişafının əsas meyilləri və makroiqtisadi göstəricilərinin təhlili. NDU, Elmi əsərlər, №2 (22) Naxçıvan-2007 s. 212
  3. Regional sosial-iqtisadi inkişafda gömrük xidmətinin rolu. Naxçıvan Müəllimlər İnstitutu. “Müasir təlim metodları və yeni pedaqoji texnalogiyanın təlim-tərbiyə prosesində tətbiqi”, (Elmi-praktik konfrans), Naxçıvan-2008  71
  4. Xarici iqtisadi əlaqələrin idarə edilməsində gömrük işinin rolu. AMEA Naxçıvan Bölməsi, Xəbərlər, №3, Naxçıvan-2008 s.261
  5. Gömrük işi regionda aqrar sahənin stiimullaşdırıcı amili kimi. “Naxçıvan MR-də aqrar islahatların gedişi və sosial-iqtisadi perspektivləri” (Elmi konfrans), Naxçıvan- 2008  99
  6. Beynəlxalq iqtisadi əlaqələrin inkişafında gömrük xidməti və fiskal vergilərdə onların rolu. NDU, “Beynəlxalq iqtisadi əlaqələrin inkişafında regionların rolu və əhəmiyyəti”, (Beynəlxalq elmi konfrans), Naxçıvan-2009, s.95
  7. Развитие научно-технического сотрудничества в системе современных международных отношений. Международный научный журнал. Москва «Спектр», 2009, №1. 17
  8. İqtisadiyyatda inflyasiya və onun tənzimlənməsinin tədrisi məsələləri. Naxçıvan Müəllimlər İnstitutu. №4 (20), Naxçıvan-2009 s.123 
  9. Gömrük işi Naxçıvan MR-in xarici əlaqələrinin tənzimləyici amili kimi. NDU, Elmi əsərlər, №2 (34). Naxçıvan – 2010 .s. 83
  10. Формирование и развитие экономических отношений Азербайджанской Республики с Европейским союзом. Молодой ученый, ежемесячный научный журнал. Чита: Издательство «Молодой ученый», 2011, №7(30) 78
  11. Gömrük işinin təşkilində iqtisadi təhlükəsizliyin və milli mənafelərin dövlət tənzimlənməsi. NDU, Elmi əsərlər, № 2(39). Naxçıvan-2011s.152
  12. Sahibkarlığın inkişafında xarici iqtisadi əlaqələrin rolu. AMEA Naxçıvan Bölməsi, Xəbərlər, cild 7, №3, Naxçıvan-2011 s.266
  13. Особенности международных и социально-экономических отношений Нахчыванской Автономной Республики. Межд ународный научный журнал. Москва: "Спектр", 2011, № 5. s.28
  14. İqtisadi təhlükəsizliyin təmin olunması inkişafın əsas amilidir. NDU, Elmi əsərlər, № 2(47), Naxçıvan-2012. s.246-251
  15. Əqli mülkiyyət və elektron ticarətin iqtisadi inkişafa təsir amilləri. “Regional innovasiya fəaliyyəti: Reallıqlar və perspektiv inkişaf”  (Elmi-praktiki konfrans), 13-14 dekabr 2012-ci il. GƏNCƏ – 2012. s.144
  16. Gömrük işinin təşkili və regionun sosial-iqtisadi inkişafı. Dərs vəsaiti “İdeya” Nəşriyyat evi, Naxçıvan-2012. 164 səh.
  17. Heydər Əliyev və gömrük siyasəti. NDU, Elmi əsərlər, №2(58), Naxçıvan-2014 s.178 -182
  18. Azərbaycan və Türkiyə Respublikaları arasında iqtisadi əlaqələrin təkmilləşdirilməsi NDU, Elmi əsərlər, №9 (65), Naxçıvan – 2014 s.68-72
  19. Naxçıvan iqtisadi rayonunda innovasiya fəaliyyəti sahəsində dövlət siyasəti və onun tənzimlənməsi. “Naxçıvan Muxtar Respublika iqtisadiyyatının innovativ inkişaf istiqamətləri” (Elmi-praktik konfrans), 28 noyabr 2014. Naxçıvan–2015. s. 39-42
  20. Heydər Əliyevin Naxçıvan MR sənayesinin inkişafında rolu. NDU, Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı elmi- praktik konfrans), 10 aprel 2015-ci il. Naxçıvan – 2015. 38 s.
  21. Naxçıvan Muxtar Respublikasının iqtisadi yüksəlişində xarici ticarət siyasəti. NDU, Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı (Beynəlxalq konfransın materialları). Naxçıvan – 2016. s.102
  22. Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafında nəqliyyat sektorunun rolu. NU, Elmi əsərlər, №2 (5), Naxçıvan – 2017. s. 12
  23. Naxçıvan Muxtar Respublikasının dayanıqlı inkişafında Heydər Əliyevin iqtisadi strategiyasının NU, Elmi əsərlər, №3 (6), Naxçıvan – 2017. s. 13
  24. Xarici iqtisadi əlaqələrin sahibkarlığın inkişafına təsiri və iqtisadi təhlükəsizliyin təmin edilməsinin zəruriliyi. NU, Elmi əsərlər, №4 (7), Naxçıvan – 2017. s.32
  25. Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və əsas istiqamətləri. NDU, İqtisad Fakültəsi. Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı (Elmi konfransın materialları). Naxçıvan–22 aprel 2019. s.45
  26. Güclü investisiya və biznes mühitinin Azərbaycanın iqtisadi inkişafı prosesində əhəmiyyəti NU, Elmi əsərlər, №1(12), Naxçıvan – 2019. s.30
  27. Ulu öndər H.Əliyevin strategiyası Azərbaycanın hərtərəfli inkişafının əsas təməlidir
  28. NDU, İqtisadiyyat və İdarəetmə Fakültəsi. İqtisadi inkişafın Naxçıvan modeli və mühasibat uçotunun aktual problemləri (Elmi konfransın materialları). Naxçıvan –14 noyabr 12s.
  29. Azərbaycanın istehlak bazarının formalaşmasında yerli istehsalın və xarici ticarət iqtisadi əlaqələrin təsirləri. “Naxçıvan” Universiteti - Elmi Əsərlər, №3 (14),  Naxçıvan –  19-27s.
  30. İnnovasiya yönümlü iqtisadiyyatın formalaşmasında intellektual mülkiyyət zəruri amil kimi. Dayanıqlı inkişaf, uğurlar, perspektivlər 1995-2020 (Beynəlxalq Konfransın materialları). Naxçıvan – 2021. 52-56 s.
  31. Azərbaycanda sənaye məhəllələrinin fəaliyyətinə mane olan amillər və onların həlli yolları. Naxçıvan: Mədəniyyətlərin qovuşduğu məkan. Beynəlxalq Elmi Konfrans (22-23 oktyabr 2020) Naxçıvan – 2021. 367-371 s.
  32. Naxçıvan Muxtar Respublikasında innovasiyaların maliyyələşdirilməsi mexanizmi. NDU, “Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişaf və müasir maliyyə mexanizmləri” mövzusunda Respublika Elmi-Praktiki Konfrans. Naxçıvan - 2021 . 203-207s.
  33. Ərzaq təhlükəsizliyinin təmin olunmasına regional yanaşma. NDU, “Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyi: Yerli istehsal və uğurlu nəticələr” mövzusunda Respublika Konfransı. Naxçıvan - 2021 33-41 s.
  34. Azərbaycan Respublikasının xarici ticarət əlaqələri və prioritet inkişaf istiqamətləri. Naxçıvan” Universiteti -  Elmi Əsərlər, №4 (19), Naxçıvan –  2021 22-30 s.
  35. Muxtar Respublikanın dinamik inkişafında sənaye faktoru. “Naxçıvan Muxtar Respublikasında sənayenin diversifikasiyası beynəlxalq iqtisadi inteqrasiya amili kimi” (Beynəlxalq Konfransın materialları) (29 aprel 2022). “Naxçıvan” Universiteti – 2022. 70-79 s.
  36. Firmada innovasiyalı idarəetmə anlayışı, onun əsasa xüsusiyyətləri və bu proseslərə təsir edən amillər. Naxçıvan” Universiteti -  Elmi Əsərlər, №1(25), II hissə, Naxçıvan 18-32 s.
  37. Naxçıvan Muxtar Respublikasının aparıcı sənaye sahələri. Naxçıvan” Universiteti - Elmi Əsərlər, №4 (28), Naxçıvan-14-19 s.
  38. Tarixi İpək Yolu və Azərbaycanın iqtisadi regionları: mövcud reallıqlar və gələcək perspektivlər “BEYNƏLXALQ İPƏK YOLU VƏ NAXÇIVAN” (Beynəlxalq elmi konfrans) 22-23 noyabr 2022 / Naxçıvan. 54-61 s.
  39. Azərbaycanın beynəlxalq logistik informasiya dəhlizinə inteqrasiyasında “Naxçıvan dəhlizi”nin “NAXÇIVAN MUXTAR RESPUBLİKASININ GƏLƏCƏK İQTİSADİ İNKIŞAF PRİORİTETLƏRİ” mövzusunda RESPUBLİKA KONFRANSININ materialları. 14 oktyabr 2022-NAXÇIVAN. 57 -62 s.
  40. İnsan resursları müəssisənin inkişaf strategiyasınn əsas xüsusiyyətlərindən biri kimi. NDU, Elmi əsərlər, Naxçıvan – 2023. 96 s.
  41. Azərbaycanın iqtisadi regionlarının inkişafinda texnoparklar mühüm amil kimi. NDU, Elmi əsərlər, Naxçıvan – 2023. 84 s.
  42. Ümummilli lider Heydər Əliyev milli iqtisadiyyatın və xarici iqtisadi fəaliyyətin inkişafının qurucusudur. “Heydər Əliyev və milli dövlətçilik məsələləri” Respublika konfransı, 25-26 may, 2023-cü

 

Dərs vəsaiti:

  1. Gömrük işinin təşkili və regionun sosial-iqtisadi inkişafı. Dərs vəsaiti. “İdeya” Nəşriyyat evi, Naxçıvan -2012. 164 səh.
  1. Beynəlxalq iqtisadi inteqrasiya və regional inkişaf. Dərs vəsaiti. Naxçıvan: “Əcəmi”, 2014. 208 səh.

Monoqrafiya:

  1. Azərbaycan Respublikasının ixrac siyasəti və transmilliləşmə proseslərində iştirakı.   “Naxçıvan” Universiteti–2022. Naxçıvan, Əcəmi. 116 səhifə
  2. Müəssisənin inkişaf strategiyasının əsas xüsusiyyətləri və onun təkmilləşdirilməsi mexanizmi Monoqrafiya, “Naxçıvan” Universiteti Naxçıvan, Əcəmi, 2023. 113 səhifə

Metodik vəsait:

  1. İstehsalat təcrübəsinin gündəliyi. Metodik vəsait. “Naxçıvan” Universiteti – 2019

Metodiki göstərişlər:

  1. İşgüzar yazışmalar. Metodiki göstərişlər. “Naxçıvan” Universiteti – 2021
  2. Regional idarəetmədə strateji tərəfdaşlıq. Metodiki göstərişlər. Naxçıvan Dövlət Universiteti-2021
  3. Beynəlxalq Metodiki göstərişlər. “Naxçıvan” Universiteti - 2022. 48-səhifə

Proqram:

  1. Praktik audit. Fənn proqramı. NÖU. Dizayn və poliqrafiya mərkəzi. Naxçıvan -2013. 24 səh.
  2. Marketinq. Fənn proqramı. NÖU Dizayn və poliqrafiya mərkəzi. Naxçıvan-2014. 20 səh.
  3. İnformasiya iqtisadiyyatı. Fənn proqramı. Naxçıvan  Özəl Universiteti-2014. 24 səh.
  4. Maliyyə bazarları. Fənn proqramı. Naxçıvan Universiteti-2016. 26 səh.
  5. Strateji planlaşdırma. Fənn proqramı. Naxçıvan Universiteti-2016. 24 səh.
  6. S/F. Bank uçotu. Fənn proqramı. Naxçıvan Universiteti-2016. Səh.24
  7. S/F. Milli mühasibat uçotu standartları. Fənn proqramı. Naxçıvan Universiteti-2016. səh.26
  8. Beynəlxalq uçotda hesablar sistemi. Fənn proqramı. Naxçıvan Universiteti-2016. səh.26
  9. İdarəetmə təhlili. Fənn proqramı. Naxçıvan Universiteti-2018.səh.28
  10. Beynəlxalq iqtisadi münasibətlər. Fənn proqramı. Naxçıvan Dövlət Universiteti.-2019. səh.28
  11. Maliyyə və investisiyalar. Fənn proqramı. “Naxçıvan” Universiteti – 2019.səh.28
  12. Maliyyənin müasir problemləri. Fənn proqramı. “Naxçıvan” Universiteti – 2019 səh.26
  13. Regional idarəetmədə strateji tərəfdaşlıq. Fənn proqramı. Naxçıvan Dövlət Universiteti-2020.səh. 26
  14. Dünya iqtisadiyyatında informasiya sistemləri. Fənn proqramı. Naxçıvan Dövlət Universiteti-2020.səh 26.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image