Rektordan müraciət

    “Naxçıvan” Universiteti Azərbaycanın ali məktəbləri arasında özünəməxsus yeri olan müasirtipli təhsil ocağıdır. Müstəqilliyin qorunması, Vətənin bütövlüyünün bərpası, milli dəyərlərə sahib çıxıb öyrənilməsi, inkişaf etmiş ölkələrlə yanaşı durmaq hüququmuzun təminatı üçün yüksək ixtisaslı kadrlar hazırlanması qarşıya qoyduğumuz əsas məqsəddir.
    Ciddi təhsil strukturuna malik olan universitetdə mövcud imkanlar bu məqsədə nail olmağımızın əsas şərtidir. Bu imkanlar sırasında universitetə göstərilən Dövlət qayğısını, yüksək tədris intizamını, professor-müəllim heyətinin daim ixtisaslı kadrlarla zənginləşməsini, tələbələrdə yüksək təlim maraqlarının mövcudluğunu, tədris prosesinin ən yeni İKT ilə təchizini və s. göstərmək olar. Universitetdə tətbiq edilən kreditli tədris sistemi təhsilin keyfiyyətinin yüksəlməsinə, tələbələrin İKT-dən istifadə və xarici dil öyrənmələrinə zəmin yaratmışdır. Məzunlarımızın cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirakını, Vətənimizi və Millətimizi dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil etmələrini isə ən böyük uğurumuz kimi qəbul edirik”.  
                                 

                                                                                                                                                            İsmayıl Əliyev